Mədəniyyət naziri akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib
Bakı, 27 dekabr, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli dekabrın 25-də tarixçi-şərqşünas alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, muzeydə keçirilən görüşdə nazir Nailə Vəlixanlını 85 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd olunub ki, alim fundamental araşdırmaları ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib. O, tarix elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də diqqətəlayiq işlər görüb. Uzun illərdir Milli Azərbaycan Tarixi Muzeyinə rəhbərlik edən Nailə Vəlixanlı muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Muzeyin tərtibatı tamamilə yenidən qurulub, yeni ekspozisiyalar yaradılıb.
Alimin Azərbaycan elminin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı və digər təltiflərə layiq görülüb.
Görüşdə akademikə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim edilib.
Nailə Vəlixanlı fəaliyyətinə göstərilən diqqətə və təltifə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]