MƏDƏNİYYƏT OCAQLARININ BƏRPASI ÜÇÜN MÜSABİQƏLƏR KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tikinti-bərpa işlərinin keçirilməsi üçün dörd açıq müsabiqə elan etmişdir.
Nazirliyin şöbə müdiri Fəridə Almazova bildirmişdir ki, birinci müsabiqə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun muzeyinin və inzibati binasının tikintisi, ətraf ərazinin abadlaşdırılması üçün elan edilmişdir. Müsabiqədə iştirak haqqı 1000 manatdır.
İkinci obyekt müasir tələblərə uyğun yenidən qurulmalı “Nizami” kinoteatrıdır (iştirak haqqı 1500 manat). Genişmiqyaslı bərpa işlərinə ehtiyacı olan digər mədəniyyət ocağı Azərbaycan Dövlət Milli Dram Teatrıdır (iştirak haqqı 1500 manat). Nəhayət, dördüncü obyekt Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasıdır (iştirak haqqı 1000 manat).
Müsabiqə prosedurları sentyabrın 23-də keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]