MƏDƏNİYYƏT
Mədəniyyət sarayında şagirdlər üçün maarifləndirici “Dərs” filmi nümayiş olunub
Bakı, 29 may, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında məktəblilər üçün maarifləndirici “Dərs” bədii filmi nümayiş olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ekran əsərinin nümayişində 181 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Məktəblilər tərəfindən aydın başa düşülməsi üçün film Azərbaycan və rus dillərində təqdim edilib.
Tərbiyəvi və psixoloji janrda çəkilən filmin nümayişində əsas məqsəd məktəblilər arasında dostluğa sadiqlik, dürüstlük, mehribanlıq, cəmiyyətdə öz yerini tapmaq hissini aşılamaqdır.
Ekran əsəri məktəblilər tərəfindən böyük maraqla izlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2024 [14:53]
Bakıda “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirilib
- 24.05.2024 [14:37]
Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 24.05.2024 [13:15]
Tarın dili ilə danışmağı bacaran gənc musiqiçi
- 24.05.2024 [12:52]
Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb
- 24.05.2024 [12:35]
VII Respublika Uşaq Rəsm Festivalı keçirilib
- 24.05.2024 [12:27]
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb
- 24.05.2024 [12:03]
Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür
- 24.05.2024 [11:58]