Media: İsveç klubları qeyri-ağdərili qonaqların sayını azaltmaq üçün musiqini dəyişir
Stokholm, 2 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Stokholmda bir neçə klub və restoran artıq hip-hop, RnB və afrobits janrında musiqi səsləndirmir.
AZƏRTAC “P3 Nyheter” radiosuna istinadla xəbər verir ki, mühafizəçilərin və əyləncə sənayesi işçilərinin sözlərinə görə, bu addım “ağdərili olmayan” qonaqların sayını azaltmaq məqsədi güdür.
Paytaxt klublarından birinin mühafizəçisi bildirib ki, bəzi məkanlarda içəridə “başqa mənşəli” qonaqların sayı çoxaldıqda belə üsula əl atılır.
Klub sahəsində 20 ildən çox təcrübəsi olan musiqi jurnalisti Həsən Ramiç isə iddia edir ki, rasizm İsveç gecə həyatının daim bir hissəsi olub. Onun sözlərinə görə, klublar hip-hopa yalnız “kifayət qədər ağdərili” tamaşaçı olduğu müddətcə üstünlük verir, sonra isə formatı dəyişirlər.
Eyni zamanda restoran biznesinin bəzi nümayəndələri belə bir praktikanın mövcudluğunu inkar edir və İsveçdə cəmiyyətlə yanaşı, klub mədəniyyətində də sağlam müxtəlifliyin olduğunu qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]