Media: İsveç nüvə silahı hazırlamaq barədə düşünür
Bakı, 29 sentyabr, AZƏRTAC
İsveç özünün nüvə silahını yaratmaq imkanlarını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Qeyd olunur ki, yerli mediada yayılan bir sıra materiallardan sonra İsveçin təkbaşına, yaxud NATO müttəfiqləri ilə əməkdaşlıq edərək nüvə silahı yaratmaq üçün yeni bir cəhd göstərməsinin məqbul olub-olmaması ilə bağlı qızğın diskussiyalar gedir. Bu ideya artıq ölkənin siyasi arenasında müzakirə olunmağa başlasa da, hələlik praktik addım atılmayıb. Eyni zamanda, ekspertlər İsveçin nüvə silahı əldə etmək üçün kifayət qədər texnoloji və resurs bazasına malik olduğuna şübhə edirlər.
Bundan əvvəl İran nüvə silahı istehsalından imtina edib. Ali Rəhbər Ayətullah Əli Xameneyi bildirib ki, İran nüvə silahı istehsal etmək niyyətində deyil, lakin bunu etmək imkanı var. Onun sözlərinə görə, Tehran uranın zənginləşdirilməsi səviyyəsini 60 faizə çatdırıb ki, bu da üzləşdikləri “bəzi məsələlərin” həlli üçün kifayətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]