Media: Qəzzada “sabitlik qüvvələri”nin tərkibinə azı 4 min hərbçi daxil olacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Misirin rəhbərliyi altında Qəzza sektorunda yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq “sabitlik qüvvələri”nin tərkibində azı 4 min hərbçi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti məlumat yayıb. Məlumata görə, ağır silahlarla təchiz olunmayacaq “sabitlik qüvvələri”nin səlahiyyətləri sülhməramlı kontingentlərə bənzəyəcək.
"The National" yazır ki, bu qüvvələrin tərkibində Misirlə yanaşı, Azərbaycan, Türkiyə və İndoneziya hərbçiləri də yer ala bilər. Lakin bu ölkələr hələ ki, rəsmi olaraq təşəbbüsdə iştiraklarını təsdiqləməyiblər.
Həmin kontingent ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış sülh planının birinci mərhələsinə uyğun olaraq İsrail ordusunun geri çəkildiyi ərazilərdə yerləşdiriləcək və Tel-Əvivin müəyyən etdiyi təhlükəsizlik zonasına daxil olmayacaq.
Beynəlxalq kontingentin əsas vəzifələrinə sahə hospitallarının yerləşdirilməsi, kritik infrastruktur obyektlərinin bərpası, həmçinin dağıntılar altında qalan fələstinlilərin cəsədlərinin çıxarılması üzrə axtarış-xilasetmə əməliyyatlarının koordinasiyası daxil olacaq. Bu prosesdə onlara təxminən 3 min yerli könüllü yardım edəcək.
Qeyd edək ki, beynəlxalq qüvvələrin Qəzza sektorunda yerləşdirilməsi Donald Trampın sülh planının ikinci mərhələsini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]