Media: Şimali Koreya ballistik raket buraxıb
Pekin, 7 noyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 7-də səhər saatlarında şərq istiqamətində ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketin növü və uçuş məlumatları dəqiqləşdirilir.
Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreyanın buraxdığı raketin dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənara düşdüyünü bildirib.
Qeyd edək ki, KXDR bundan əvvəl oktyabrın 22-də qısamənzilli ballistik raket sınağı keçirib. Həmin sınaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin Cənubi Koreyadakı sammiti ərəfəsində baş tutub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]