Media: Türkiyə İranla bağlı münaqişədə tərəf deyil
Ankara, 13 mart, AZƏRTAC
Türkiyə İranla bağlı münaqişədə tərəf dövlət deyil və hərbi əməliyyatlara cəlb olunmamaq üçün ehtiyatlı mövqe nümayiş etdirir.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin hava məkanında İrana məxsus üçüncü ballistik raketin zərərləşdirilməsi hadisəsi şərh edilərkən bildirilib.
Qeyd olunub ki, regionda baş verən son proseslər təhlükəsizlik balansının qlobal və regional müstəvidə nə qədər kövrək olduğunu bir daha nümayiş etdirib.
İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər və Livanın "İranla münaqişə cəbhəsinin tərkib hissəsinə” çevrilməsinə diqqət çəkilərək bildirilib ki, Türkiyə istiqamətində raket atışlarının intensivliyi yüksək deyil: "Raketlərin zərərsizləşdirilməsindən sonra ölkəmizdə tələfat və ya maddi ziyan olmayıb. İranın hər üç ballistik sursatı NATO hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hazırda Türkiyə regionda yeni gərginliyin yaranmasının qarşısını almaq üçün məsuliyyətlə hərəkət edir, mövqeyini bütün tərəflərə çatdırır".
Həmçinin vurğulanıb ki, İran rəsmilərinə raket hücumuna görə məsul olan şəxsləri dərhal müəyyən etmək və müvafiq tədbirləri görmək üçün aydın siqnal verilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]