Media: Ukrayna 2025-ci ilin sonunadək Rusiya aktivləri hesabına kredit ala bilər
Bakı, 20 oktyabr, AZƏRTAC
Avropa Komissiyasının dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya “reparasiya krediti” qərarını 2025-ci ilin sonunadək təsdiqləyəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzeti bu məsələ barədə əsas arqument kimi Polşa xarici işlər naziri Radoslav Sikorskinin sözlərini əsas götürüb. Polşa XİN rəhbəri ötən həftə Rusiya vəsaitləri hesabına Kiyevə kredit verilməsi məsələsində vəziyyətin “müsbət nəticələnəcək qərara” doğru irəlilədiyini demişdi.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen sentyabrın 10-da verdiyi açıqlamada dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməyəcəyini, lakin onların Ukraynaya kredit ayırmaq üçün istifadə olunacağını bildirmişdi.
Qeyd edək ki, Rusiya aktivlərinin böyük hissəsi, təxminən 229 milyard avro Belçikada yerləşən “Euroclear” maliyyə platformasında saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]