“Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” - seminar
Bakı, 22 aprel, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində “Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda elmi seminar keçirilib. Tədbir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbə müdiri Əli Abasov “Füzuli yaradıcılığının trilinqvizmi” və aparıcı elmi işçi Zeynəddin Şabanov “Mətlə-ül-etiqad” əsərində Füzulinin dünya fəlsəfə irsinə münasibəti” mövzularında məruzə ediblər. Çıxışlarda türk, ərəb, fars dilində yazıb-yaradan şairin İslam sivilizasiyasındakı yeri, elmi-fəlsəfi və dini dünyagörüşü, insanın yaradılışı və sonu, elm və bilik, biliyin növləri, ruhun ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirləri təhlil olunub.
Seminar müzakirələrlə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]