Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarət kitab işıq üzü görüb
Bakı, 23 aprel, AZƏRTAC
Bu günlərdə "XAN" nəşriyyatı "Xatirə ədəbiyyatı" silsiləsindən növbəti kitab - "Məhəmmədhüseyn Şəhriyar xatirələrdə" çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabın tərtibçisi və “Ön söz” müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydur.
Kitab böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazıları kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustadının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır.
“Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Teatr sənətinin vurğunu
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]