MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN VƏFATININ 20 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında Məhəmmədhüseyn Şəhriyarın vəfatının 20 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilmişdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev Şəhriyarın Azərbaycan ədəbiyyatındakı, ana dilli poeziyamızdakı xidmətlərindən danışmışdır.
Əməkdar incəsənət xadimi, rejissor Ənvər Əbluc məlumat vermişdir ki, şairin həyat və yaradıcılığını əks etdirən “Məhəmmədhüseyn Şəhriyar” adlı televiziya filmi hazırlanmışdır.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunmuş film təqdim edilmişdir. Ana Vətənin gözəlliklərini, coşqun şəlalələrini, uca dağlarını, mərd insanlarını sevgi ilə qələmə almış şairin yaradıcılığı bir daha göz önünə gəlmişdir. Film rəğbətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]