MEK əməkdaşı beynəlxalq layihədə uğurla iştirak edib
Bakı, 7 sentyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşı Xədicə Ağayeva “Yeni nəsil” proqramı çərçivəsində Rusiya Dövlət Kitabxanasının təşkil etdiyi “Birlik kitabxanalarının təhsil əməkdaşlığı” beynəlxalq layihəsində uğurla iştirak edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistanın məktəb və universitet kitabxanalarından 53 gənc mütəxəssis 14 gün müddətində distant təhsilə cəlb olunublar.
Rəqəmsal texnologiyalar, elektron resurslar, müasir avtomatlaşdırılmış kitabxana informasiya sistemləri kimi mövzuları əhatə edən “Kitabxanaların rəqəmsal transformasiyası” təkmilləşdirmə proqramında yüksək göstəricilər nümayiş etdirən MEK əməkdaşı sonda beynəlxalq sertifikata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:40]
Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb
- 30.09.2026 [11:34]
Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans
- 30.09.2026 [11:16]
Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura
- 30.09.2026 [10:55]