Meksika televiziyasında Qafqazda münaqişədən sonrakı vəziyyətdən və Azərbaycanın əsas hədəflərindən danışılıb
Bakı, 24 aprel, AZƏRTAC
Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında Qafqaz regionunda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın azad edilmiş ərazilərindəki əsas hədəfləri barədə səfir Məmməd Talıbovun müsahibəsi yayımlanıb.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın qarşısında duran ən ümdə məqsədlərin bu torpaqlarda yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.
Bununla belə, bu hədəflərin qısa zamanda reallaşdırılması üçün ciddi maneələrin mövcud olduğu, bu xüsusda, 30 ilə yaxın işğal müddətində bu ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin böyük ölçüdə məhv edildiyi, habelə ərazinin tamamilə minalandığı, hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırdığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və xalqını barışığa hazırlamalıdır.
Müxbirin Almaniya Kansleri Angela Merkelin AŞPA-dakı çıxışı zamanı beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasından danışarkən Qarabağı nümunə göstərməsi ilə bağlı suala münasibət bildirən səfir Azərbaycanın 30 ilə yaxın müddətdə məhz bu vacib məqama diqqət çəkməyə çalışdığını qeyd edib, davamlı sülh üçün yeganə yolun dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi olduğu bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]