Meksikada helikopter qəzasında üç nəfər ölüb
Bakı, 7 mart, AZƏRTAC
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, hadisə Lazaro Kardenas limanından 370 kilometr cənub-qərbdə baş verib. Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hələ ki, qəzanın səbəbləri məlum deyil. Faktla bağlı təhqiqat başlayıb.
Qəza zamanı helikopterin göyərtəsində səkkiz hərbçi olub. Onlardan üçünün xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]