MEKSİKADA POLİS PATRULLARI KƏPƏNƏKLƏRİ MÜHAFİZƏ EDƏCƏKLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Meksikadakı Çinkva dağlarında yerləşən nadir qoruqda ABŞ və Kanadadan qışlamaq üçün buraya uçan kəpənəkləri qarşılamağa hazırlaşırlar. Bunlar qış mövsümündə quşlartək isti ölkələrə yollanan yeganə kəpənəklərdir. Nadir yer yalnız ötən əsrin 70-ci illərində aşkar olunmuşdur. Entomoloqların proqnozlarına görə, bu il həşəratların sayı 200 milyondan çox olacaqdır ki, bu da ötən ildəkindən on dəfə çoxdur. Onda həmin kəpənəklərin xeyli hissəsi güclü soyuqlar üzündən məhv olmuşdu. Bu dəfə hava problemi yoxdur, lakin digər təhlükə - meşələrin brakonyerlər tərəfindən qırılması problemi var. Həm də turşuluq dərəcəsi çox olan yağışlar üzündən cəngəlliklər yoxa çıxdığı üçün qoruq məhv olmaq həddindədir. Meksikanın hakimiyyət orqanları belə qənaətə gəlmişlər ki, indən belə 5 min kilometr yolu arxada qoyub Meksikaya təşrif gətirən bu nadir kəpənəkləri qoruğun nəzarətçiləri olan polis patrulları mühafizə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]