Məktəb-liseydə “Yüksələn dövlətimiz” və “Məhəbbət əfsanəsi” kitablarının təqdimatı olmuşdur
Bakı, 7 may (AZƏRTAC). Bakıdakı Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseydə bu təhsil ocağının müəllimi, yazıçı-publisist Elmira Həsənqızının “Yüksələn dövlətimiz” və “Məhəbbət əfsanəsi” kitablarının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, məktəbin tarix müəllimi Qəndab Həbibova müəllifin yaradıcılığı haqqında məlumat vermişdir. E.Həsənqızı, həmçinin “Duyğuların işığında”, “Fənayənin fəryadı”, “Müdriklik zirvəsi” kitablarının müəllifidir. Bu kitablarda vətəndaşlıq və dövlətçilik mövqeyi əksini tapmışdır.
Milli Məclisin deputatı Tahir Rzayev, məktəbin direktoru Abbasqulu Quliyev, “Məhsəti” Şair Qadınlar Məclisinin sədri, “Məhsəti” jurnalının baş redaktoru, filologiya elmləri namizədi, şair-publisist Fəridə Ləman, “Mədəni-maarif” jurnalının baş redaktoru Yaşar Vəliyev və başqaları müəllifi təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.
Elmira Həsənqızı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]