Memarlıq və İnşaat Universitetində əcnəbi tələbələrin sayı artır
Bakı, 21 sentyabr, AZƏRTAC
2020-2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) ali təhsilin bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulu həyata keçirilib. Həm ödənişli əsaslarla, həm də Təhsil Nazirliyinin göndərişi əsasında müvafiq qrantlar çərçivəsində ümumilikdə 55 əcnəbi vətəndaş bu ali məktəbi seçib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, AzMİU-nu seçən əcnəbilərin böyük əksəriyyəti həmişə olduğu kimi Türkiyədəndir, eyni zamanda, onların arasında MDB ölkələrindən olanlar da var. Qəbul olan 55 nəfərdən 2-si magistraturaya daxil olub.
Proses bu ayın sonuna kimi davam edəcək. Əcnəbi vətəndaşlar qəbul üçün hər gün dekanlığa müraciət edirlər. Tədris prosesinə gəlincə pandemiya ilə əlaqədar əcnəbi tələbələr də dərslərə onlayn şəkildə qoşulacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:30]