Memarlıq və İnşaat Universitetində magistrantların onlayn imtahanları başlayıb
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinin onlayn imtahanlarına start verilib.
Universitetin Magistratura mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019/2020-ci tədris ilinin yaz semestrində 42 qrup üzrə 200 magistrant 20 fəndən imtahan verəcək. Birinci kursda oxuyan magistrantların 9 imtahanı layihələr şəklindədir və tələbələr onu onlayn formada təqdim edəcəklər.
İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi də yaxın günlərdə reallaşacaq. Hazırda dissertasiya işlərinin onlayn müdafiəsinə hazırlıq gedir. 247 nəfər 2-ci kurs magistrant dissertasiya işinin müdafiəsinə buraxılacaq.