Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məmmədəli Hüseynov tədqiqatları ilə arxeologiya elmini zənginləşdirib

BDU-da görkəmli arxeoloqun 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransda 41 məruzə dinləniləcək

Bakı, 5 dekabr, AZƏRTAC

Görkəmli arxeoloq, professor Məmmədəli Hüseynov dünya əhəmiyyətli tədqiqatları ilə arxeologiya elmini zənginləşdirib. Bu fikir Bakı Dövlət Universitetində (BDU) görkəmli alimin 100 illik yubileyinə həsr edilmiş “Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda beynəlxalq elmi konfransda vurğulanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki, Azərbaycan paleolit məktəbinin banisi, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun arxeologiya elminin inkişafında əvəzsiz xidmətləri olub. 1953-cü ildə Məmmədəli Hüseynovun iştirakı ilə Qazax rayonundakı Damcılı mağarasında Azərbaycanda ilk qədim daş dövrü düşərgəsi aşkarlanıb.

Vurğulanıb ki, Məmmədəli Hüseynovun mühüm elmi nailiyyətlərindən biri Qarabağda, Quruçay dərəsinin Tuğ cökəkliyində yerləşən, zəngin stratiqrafiyaya malik unikal Azıx paleolit mağara düşərgəsini dünya arxeologiyasının qızıl fonduna daxil etməsidir. Bu abidə sivilizasiyanın ən qədim məskənlərindən birinin məhz Azərbaycan olduğunu isbatlayır. Alim həmin tədqiqatlara əsaslanaraq Azərbaycanın, bütövlükdə Qafqazın bəşəriyyətin formalaşma xəritəsində yer aldığını, 1,2 milyon il və daha əvvəl Azıx mağara düşərgəsində ibtidai insanların Homo erectus tipli nümayəndələrinin yaşadığını sübut edib. Görkəmli alim 1976-1992-ci illərdə Arxeologiya və etnoqrafiya kafedrasına rəhbərlik etməklə BDU-da arxeologiya elminin inkişafına böyük töhfələr verib. Məmmədəli Hüseynovun BDU-nun Tarix fakültəsində təşkil etdiyi Arxeologiya və etnoqrafiya muzeyinin eksponatları daş dövründən orta əsrlərədək geniş xronoloji çərçivədə arxeoloji materiallardan, müxtəlif təyinatlı etnoqrafik nümunələrdən ibarətdir.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Şərəfli alim ömrü” adlı məruzəsində qeyd edib ki, Məmmədəli Hüseynovun tədqiqatları Qazax-Gəncə və Qarabağ bölgələrinin daş dövrü düşərgələri ilə məhdudlaşmır. Onun 30 ilədək rəhbərlik etdiyi Azərbaycan paleolit ekspedisiyası respublikamızda hazırda mövcud olan paleolit düşərgələrinin xəritəsini müəyyənləşdirib. O, Azərbaycan tarixinin xronoloji çərçivəsinin 2 milyon il ilə ölçüldüyünü təkzibedilməz faktlarla sübut edib.

Akademik Yaqub Mahmudov “Böyük alimin dünya əhəmiyyətli kəşfi”, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü şöbəsinin müdiri Əsədulla Cəfərov “Azıx dünya arxeologiyasında”, institutun aparıcı elmi işçisi Azad Zeynalov “Məmmədəli Hüseynov və Quruçay mədəniyyəti”, Gürcüstanın İlya Dövlət Universitetinin Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Nikoloz Thushabramishvili “Orta və Üst Poleolitə keçid problemləri Ortvala Klde və Bondi mağaralarının tədqiqi əsasında” mövzularında məruzə ediblər. Məruzələrdə maddi-mədəniyyət qalıqlarındakı informasiyaların əldə olunmasında, tarixi həqiqətlərin aşkara çıxarılmasında alimin xidmətləri qeyd olunub, Azərbaycan arxeologiyasının inkişaf perspektivləri təhlil edilib.

Xalq şairi Nəriman Həsənzadə, alimin qızı Rəhilə Babayeva Məmmədəli Hüseynovla bağlı xatirələrini bölüşüblər.

Dekabrın 6-da davam edəcək konfransda Azərbaycan, ABŞ, Yaponiya, Almaniya, Gürcüstan, Qazaxıstandan olan alimlər tərəfindən 41 məruzə dinləniləcək, “Professor Məmmədəli Hüseynovun elmi irsi”, “Daş dövrü arxeologiyası”, “Qafqazın geoarxeologiyası”, “Azərbaycanın daş dövrü arxeologiyasının nəzəri məsələləri”, “İşğaldan azad edilən ərazilərin tarixi, maddi mədəniyyət abidələri və onların bərpası məsələsi” istiqamətlərində müzakirələr aparılacaq.

Qeyd edək ki, görkəmli arxeoloq Məmmədəli Hüseynovun anadan olmasının 100 illik yubileyi münasibətilə Tarix fakültəsinin elmi-tədqiqat laboratoriyaları tərəfindən onun elmi məqalələri, monoqrafiyaları, kitab və dərs vəsaitləri toplanılıb. “Azıx mağarası - Homo nəslinin beşiyidir: Məmmədəli Hüseynovun tədqiqatları” adlı əsər BDU-nun nəşriyyatında iki cilddə çap edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib