Mer: Qeyri-qanunu miqrant axını Nyu-York şəhərini məhv edə bilər
Bakı, 8 sentyabr, AZƏRTAC
Nyu-Yorka qeyri-qanuni mühacirlərin axını şəhəri məhv edə bilər, buna görə də miqrasiya böhranını həll etmək üçün hökumətin daha çox səyləri lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams bildirib.
“Bu problem Nyu-Yorku məhv edəcək. Şəhərə hər ay 10 min miqrant gəlir. Dünyanın hər yerindən insanlar toplaşaraq ABŞ-ın cənub sərhədini keçməklə Nyu-Yorka gəlirlər”, - deyə mer söyləyib.
O, qeyri-qanuni mühacir axınının qarşısının alınmasında daha çox dəstək üçün hökumətə müraciət etdiyini vurğulayıb və həmçinin vəziyyəti dəyişmək üçün siyasətdə real dəyişikliyin olmasına işarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]