“Mercedes” gələn il dünyada 2000 sürətli enerji doldurma stansiyası açacaq
Bakı, 29 avqust, AZƏRTAC
Almaniyanın avtomobil istehsalçısı olan “Mercedes-Benz Group AG” 2024-cü ilin sonuna kimi dünyada elektrik avtomobilləri üçün 2000 sürətli enerji doldurma stansiyası açmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
İlk üç stansiya bu ilin payızında Atlanta (ABŞ), Çenqdu (Çin) və Mannheim (Almaniya) şəhərlərində istifadəyə veriləcək.
Onilliyin sonuna kimi avtomobil istehsalçısı qurğuların sayını 10 minə çatdırmaq niyyətindədir.
Markasından asılı olmayaraq istənilən elektrik avtomobilinin sahibləri stansiyalardan istifadə edə biləcəklər, çünki qurğular müxtəlif doldurma standartlarını - Tesla tərəfindən hazırlanmış Şimali Amerika standartını (NACS), birləşdirilmiş sistemləri (CCS1 və CCS2), eləcə də Çin Guobiao standartını (GB/T) əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]