“Mercedes”in pilotu Luis Hamilton Ayfel Qran-Prisinin qalibi olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Almaniyanın Nürburqrinq trasında keçirilən Ayfel Qran-Prisinin qalibi “Mercedes”in pilotu Luis Hamilton olub.
AZƏRTAC xəbər verir ki, britaniyalı sürücü bununla da karyerasında 91-ci dəfə qələbə qazanıb. O, bu nəticə ilə yeddiqat dünya çempionu Mixael Şumaxerin rekordunu təkrarlayıb.
İkinci və üçüncü yerləri, müvafiq olaraq, “Red Bull”un təmsilçisi Maks Ferstappen və “Renault”un pilotu Daniel Rikkardo tutublar.
L.Hamilton 11 Qran-Prinin yekun nəticəsinə görə, 230 xalla pilotların sıralamasında liderliyini davam etdirir. İkinci yerdə ondan 69 xal geridə olan Valtteri Bottas (“Mercedes”) qərarlaşıb. Üçüncü pilləni isə 147 xalla M.Ferstappen tutub.
Konstruktorlar kubokuna isə “Mercedes” 391 xalla liderlik edir. “Red Bull” 211 xalla ikinci, “Racing Point” isə 120 xalla üçüncü yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]