Mərkəzi Bankın Naxçıvan İdarəsində media nümayəndələri üçün təlim keçirilib
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Naxçıvan Muxtar Respublikasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra jurnalistlər Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Səfər çərçivəsində media nümayəndələri Naxçıvan Biznes Mərkəzindəki sərgi ilə tanış olub, təlimdə iştirak ediblər.
Təlimdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev təmsil etdiyi qurumun iş funksiyaları, həmçinin nağdsız ödənişlərin inkişaf etdirilməsi ilə bağlı geniş məlumat verib, təqdimat keçirilib.
Media nümayəndələri səfər zamanı Naxçıvan Dövlət Universiteti və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olacaqlar.