Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində vətəndaşlarla səyyar görüşlərin keçirilməsi mühüm yer tutur.
AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş sentyabrın 2-də Şamaxı rayonunda keçiriləcək. Görüş İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “WhatsApp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [18:12]
Biləsuvarda yük avtomobili kanala aşıb
- 26.08.2026 [17:16]
Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub
- 26.08.2026 [16:57]
MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib
- 26.08.2026 [16:43]
Astarada narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub
- 26.08.2026 [16:14]
Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO
- 26.08.2026 [15:58]