MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK katibliyinin məsul işçiləri, seçkilər keçirilən dairələrin dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.
Seminar-müşavirəni giriş sözü ilə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Bələdiyyə üzvü seçilmək üçün namizədlərin irəli sürülməsi, onların imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması, qeydə alınması qaydaları”, komissiyanın üzvü Ramiz İbrahimov “Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin xüsusi maliyyə hesablarının açılması və ondan istifadə edilməsində aşkarlıq” mövzularında çıxış etmişlər.
Seminar-müşavirənin sonunda Mərkəzi Seçki Komissiyasının sədri və məruzəçilər dairə seçki komissiyaları sədrlərinin suallarını cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]