SİYASƏT
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 13 may 2016-cı il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.