Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mert Özdeş: Zəngəzur dəhlizi TDT-nin iqtisadi inteqrasiyası üçün son pazl parçasıdır MÜSAHİBƏ

Mert Özdeş: Zəngəzur dəhlizi TDT-nin iqtisadi inteqrasiyası üçün son pazl parçasıdır MÜSAHİBƏ

Bakı, 1 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Qlobal güc balansının sürətlə dəyişdiyi, regional təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı müasir dövrdə Azərbaycanın siyasi, iqtisadi və geostrateji yeri ön plana keçir. Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradan Bakı, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və çoxvektorlu diplomatiyası ilə yalnız regionun deyil, Avrasiya məkanının əsas aktorlarından birinə çevrilib. Bu kontekstdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyi, Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişaf xətti, ABŞ-ın bölgəyə dəyişən yanaşması və Zəngəzur dəhlizinin regional güc balansına təsiri kimi məsələlər həm akademik, həm də siyasi dairələrdə geniş müzakirə olunur.

AZƏRTAC “Kıbrıs Raporu” Xəbər Agentliyinin Baş redaktoru, Şimali kiprli siyasi şərhçi Mert Özdeşin Azərbaycanın beynəlxalq arenadakı mövqeyi, Ankara–Bakı xəttində gözlənilən yeni əməkdaşlıq sahələri, TDT-nin qarşıdakı dönəm üçün gündəliyi, Türkiyə–Ermənistan normallaşma prosesinin perspektivləri və Orta Dəhlizin qlobal iqtisadi-siyasi sistemdə artan əhəmiyyəti ilə bağlı müsahibəsini təqdim edir.

- Mert bəy, Türkiyə ilə Azərbaycan arasında yaxın dövrdə hansı yeni əməkdaşlıq sahələrinin ortaya çıxması gözlənilir?

- Azərbaycan artıq, sadəcə, hidrokarbon ehtiyatlarına sahib postsovet dövləti kimi deyil, Avrasiyada güc balansını dəyişən “orta güc” və əvəzolunmaz “tənzimləyici aktor” kimi xarakterizə olunur. Rəsmi Bakının həyata keçirdiyi çoxvektorlu xarici siyasət qlobal qeyri-müəyyənlik şəraitində rasionallığı ilə seçilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan əldə etdiyi Qarabağ Zəfəri nəticəsində hərbi potensialını və sahədəki qətiyyətini sübut etməklə yanaşı, yeni geosiyasi reallıqda yaranan enerji böhranında Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyan strateji enerji tərəfdaşına çevrilib. Azərbaycan artıq Şərqlə Qərb arasında sıxışmış ölkə deyil, öz geosiyasi reallığını diktə edən bir mərkəzdir.

Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğuru və ardınca ev sahibliyi etdiyi COP29 kimi qlobal tədbirlər Azərbaycanın humanitar gücündən də hərbi gücü qədər effektiv istifadə etdiyini göstərir.

Vaşinqton və Moskva arasında balans qura bilən, eyni zamanda, Türk Dövlətləri Təşkilatının (TDT) cazibə mərkəzini formalaşdıran Azərbaycan Cənubi Qafqazın mübahisəsiz lider aktorudur.

Azərbaycan-Türkiyə arasındakı münasibətlər isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələrək beynəlxalq hüquq çərçivəsində də rəsmiləşib. Tarixi və mədəni əlaqələrin yaratdığı “bir millət” anlayışı artıq “bir bazar, ortaq ordu, inteqrə olunmuş enerji sistemi” vizyonuna çevrilir. İki ölkə arasındakı münasibətlərin dünyada başqa heç bir iki dövlətlə müqayisə edilməyəcək qədər unikal olduğu məlumdur. Zəngəzur dəhlizinin reallaşması ilə logistika maneələri tamamilə aradan qaldıracaq, ölkələr daha da yaxınlaşacaq və qarşılıqlı əməkdaşlıq fiziki inteqrasiyaya çevriləcək. Çünki Zəngəzur dəhlizi Türkiyə üçün, sadəcə, yol deyil, Türk dünyasına açılan qapıdır. Bu dəhliz Türk dünyasını Aralıq dənizi ilə birləşdirən strateji keçid rolunu oynayır. O, Türkiyənin Naxçıvan vasitəsilə birbaşa Azərbaycana və buradan da Xəzərin o tayına qədər fasiləsiz əlaqəsini təmin edir. Bu isə TDT-nin iqtisadi inteqrasiyasını tamamlamaq üçün çatışmayan son pazl parçasıdır.

Yaxın gələcəkdə xüsusilə müdafiə sənayesinin inteqrasiyası başda olmaqla enerji, nəqliyyat, rabitə, kibertəhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

- Türk Dövlətləri Təşkilatına Azərbaycanın sədrlik etməsi təşkilatın gələcək fəaliyyətlərinə necə təsir göstərəcək?

- Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilindəki çəkisi təşkilatın institusional inkişafı üçün katalizator rolunu oynayır. Azərbaycanın sədrliyi bu təşkilatın mədəni əməkdaşlıq mərhələsindən praqmatik strateji fəaliyyət mərhələsinə keçidini simvolizə edir. Bakının vizyonunda TDT, sadəcə, dil və tarix birliyi olan platforma deyil, regional təhlükəsizlik və iqtisadi inteqrasiya blokudur. Düşünürəm ki, Azərbaycanın liderliyi dövründə təşkilatın ortaq mülki müdafiə mexanizmi, gömrüksüz ticarət zonaları və Türk İnvestisiya Fondunun daha aktiv istifadəsi kimi istiqamətlərdə daha cəld və çevik qərarlar verəcəyi proqnozlaşdırılır. Demək olar ki, bu addımların da atıldığının şahidi oluruq.

-Türkiyənin Ermənistanla beynəlxalq münasibətləri yeni bir səviyyəyə çıxa bilərmi? Bu münasibətlərin Ermənistan–Azərbaycan sülh sazişinə mümkün təsirləri nələr ola bilər?

-Türkiyənin Ermənistanla normallaşma prosesindəki mövqeyi aydındır. Belə ki, bu proses Azərbaycan–Ermənistan sülh prosesindən müstəqil deyil, əksinə onunla paralel şəkildə irəliləyir. Türkiyənin Ermənistanla münasibətlərinin səviyyəsini müəyyən edəcək əsas amil isə rəsmi İrəvanın rəsmi Bakı ilə yekun sülh sazişini imzalama iradəsidir. Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan regional əməkdaşlığı əngəlləyən revizionist siyasətdən imtina etsə və Azərbaycanın ərazi bütövlüyünü şərtsiz şəkildə rəsmən tanısa, Türkiyə sərhədləri açmağa hazırdır. Sərhədin açılması isə Ermənistanı iqtisadi təcriddən və birtərəfli asılılıqdan çıxara biləcək yeganə addımdır. Bu baxımdan, Türkiyə ilə normallaşma Ermənistan üçün bir mükafat, Azərbaycan ilə sülh isə bu mükafatın “ön şərti” hesab edilməlidir.

-ABŞ-ın Türkiyəyə və Azərbaycana yönəlik siyasətindəki ciddi dəyişikliklərin əsas səbəbləri nələrdir?

-Düşünürəm ki, ABŞ-ın regiona yanaşma tərzindəki dəyişiklik “böyük güc rəqabəti” doktrinası çərçivəsində Cənubi Qafqaz və Orta Asiyanın yenidən dəyərləndirilməsi ilə bağlıdır. Bu kontekstdə Orta Dəhliz həyati əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsi və Qırmızı dənizdəki böhranlar Şimal və Cənub dəhlizlərini riskli edib, bunun nəticəsi olaraq Orta Dəhlizi tək təhlükəsiz marşruta çevirib. Bu dəhlizin açarları isə Türkiyə və Azərbaycanın əlindədir. ABŞ enerji resurslarına çıxış əldə etmək istəyirsə, Türkiyə və Azərbaycanla funksional və strateji tərəfdaşlıq qurmaq məcburiyyətindədir. Bu yanaşmanı ideoloji seçim deyil, geosiyasi zərurət hesab edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır  

Katexdə köhnə su xətlərinin yenilənməsi gündəmdədir – əraziyə baxış keçirilib

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səma Məmmədli: “Meyvələr” kolleksiyası məhdud sayda toxunan 20 xalçadan ibarətdir

Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Azərbaycanla Malayziya arasında hüquq-mühafizə sahəsində əlaqələr inkişaf etdirilir

“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Rəssam Samirə Allahverdiyeva: Uşaqlıq xatirələrim əsərlərimin əsas ilham mənbəyidir

Minalardan təmizlənmiş sahələrdə torpaqların münbitlik potensialı yüksəkdir

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub

FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub

Sitarə İbrahimbəyli: “Yaşa, Xəzər!” sərgisi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır

Budapeşt-Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib

Qanunsuz dövriyyədən nə qədər narkotik çıxarılıb? – 9 ayın statistikası

Mərkəzi Asiya və Azərbaycan arasında yeni siyasi mühit: Daşkənddə diplomatik dialoq

® “AzInTelecom”un dəstəyi ilə “TechConnect 2026” tədbiri keçiriləcək

Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub

İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO

İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Həftəsonu hava şəraiti necə olacaq? VİDEO

Həftəsonu hava şəraiti necə olacaq? VİDEO

“Yeşik labirinti – ağ”: Mədəni mübadilə və ticarətin metaforası

Media və Yayım Şurasında Azərbaycan-Liberiya media əməkdaşlığının genişləndirilməsi vurğulanıb

Böyük Britaniya xarici müdafiə şirkətləri üçün yeni investisiya tələbləri tətbiq edəcək

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Mərkəzi Bankın nümayəndələri Düşənbədə maliyyə sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsindən danışıblar

“Baku Art Weekend” festivalı çərçivəsində Fərid Rəsulovun fərdi sərgisi - “Yaşa, Xəzər!”

Azərbaycan və Özbəkistan mərkəzi banklarının nümayəndələri müzakirələr aparıblar

Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var

“Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 3-17/3-5-20/2025 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur

Rumıniyada “SOCAR” brendi ilə 100-cü YDM istifadəyə verilib

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Eldar Seyidov: Ağdamda ekoloji zərərin aradan qaldırılması istiqamətində kompleks işlər aparılır

Fransada aksiyalarda iştiraka görə həbs edilən şəxslərin azadlığı tələb olunur

Rəssam: Əsərin əsas ideyası təbiətin yaddaşını kosmosun simvolları ilə ifadə etməkdir

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Dokerlər dünyanın 100-dən çox limanında silah tədarükünə qarşı tətil elan ediblər

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib

İtaliyada hökumət əleyhinə etiraz dalğalarının yeni dalğası başlayıb

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Türk dillərində areal toponimlərin xüsusiyyətləri araşdırılıb

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub

Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır – YENİLƏNİB

Mariam Kvrivişvili: Gürcüstan və Azərbaycan Orta Dəhliz çərçivəsində regional nəqliyyat şəbəkəsinin inkişafına töhfə verir

Proqnoz: Britaniyanı ev təsərrüfatlarının gəlirləri baxımından ən pis onillik gözləyir

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur

Pensərçayın sahilində torpaq sürüşməsi: bəndin 20 metrlik hissəsi çaya uçub

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Cəbrayıl, Laçın və Kəlbəcər ərazilərinə 70 başadək müxtəlifcinsli fauna növləri reintroduksiya edilib

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

AFFA-nın texniki direktoru: Dünya çempionatı futbolçularımız üçün fantastik və unudulmaz təcrübə oldu

Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilən yeni kitab: “Böyük amallar və arzular şairi”

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək

Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

İşğaldan azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb

AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub

Şirvanşahlar Sarayında “Sayrışan simvollar” sərgisi təqdim olunur

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər

Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik

Ağdam, Füzuli və Xocavənd rayonlarında 4041 ailə olmaqla, 15 min 933 nəfər sakin yaşayır

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub

Aydan Salahova: Qız qalası əfsanəsinin faciəvi sonluğu layihənin başlanğıc nöqtəsini təşkil edir

Deputat: Azərbaycan İslam dünyasında humanitar əməkdaşlığın genişlənməsinə töhfə verir

“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri VİDEO

“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri VİDEO

Tahir Süleymanov: Dünya çempionatı Azərbaycan futbolu üçün böyük əhəmiyyətə malikdir

Şərqi Zəngəzurda yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb

İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad edilmiş ərazilərdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri aparılıb

Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Gennadi Xazanov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Dinc sakinlər Alyoşki şəhərindən təxliyə edilir

Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarındandır - ŞƏRH

Sabah hava əsasən yağmursuz olacaq

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

2026-cı ilin III rübündə bp şirkətinin xalis mənfəəti 300 faiz artıb

Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb VİDEO

Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb VİDEO

Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib

Vətən müharibəsi şəhidi Rəşad Quliyevin ailəsi ziyarət edilib

Xəzərdən keçən fiber-optik kabel xətti Azərbaycanın rəqəmsal tranzit imkanlarını genişləndirəcək RƏY

Xorvatiyanın sabiq prezidentinin xanımı Ədəbiyyat Muzeyində olub

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub VİDEO

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub VİDEO

Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb

Tehran BƏƏ və Kanadanın İrana qarşı ərazi iddiaları ilə bağlı birgə bəyanatını pisləyib

Qazaxıstanda Kurık limanının Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin inkişafında rolu müzakirə edilib

Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub

Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır

Hekayəsi Zəfər: ADPU-da qazi tələbələrlə görüş təşkil olunub

Kiberinsident: Ən böyük kriptobirjadan 6,3 milyard dollar oğurlanıb

Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb