Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsində effektiv vasitədir

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Bakıda SOCAR-ın təşkilatçılığı ilə “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ekoloji problemlərin həlli istiqamətində işlərin görülməsinin təmsil etdiyi qurumun fəaliyyətində əsas yer tutduğunu deyib. Son illər ən mühüm ekoloji problemlərdən birinin iqlim dəyişmələri olduğunu bildirən Rəfiqə Hüseynzadə alimlərin gəldiyi nəticəyə görə, bu problemin birbaşa atmosferdə istilik yaradan qazların artması ilə bağlı olduğunu diqqətə çatdırıb. O, SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinin davamlı olaraq aparılmasından söz açıb: “Azərbaycan 2016-cı ildə Paris Razılaşmasını imzalayıb. Bu razılaşmaya qoşulanlar nəzərdə tutulan ölkə səviyyəsində müəyyən edilmiş töhfələr sənədini hazırlayıb. 2008-ci ildən başlayaraq iqlim dəyişmələrinə təsirin azalmasına gətirən tədbirlərin, o cümlədən enerji səmərələliyinin istiqamətlərinin təyini məqsədilə SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşması işləri aparılır. Bu işlər indi də davam etməkdədir”.

R.Hüseynzadə SOCAR-ın neft hasilatı zamanı səmt qazlarının yandırılmasının, atmosferə atılan karbon və metan emissiyalarının azaldılması istiqamətində gördüyü işlərdən bəhs edib. O bildirib ki, Avropa Komissiyasının İqlim dəyişmələri fəaliyyəti üzrə baş direktorluğu tərəfindən maliyyələşdirilmiş iqlim dəyişmələrinin təsirinin yumşalması üçün istehlak əsaslı yanaşmalar tədqiqatının nəticəsinə əsasən, Azərbaycan yandırılan səmt qazının səmərəliliyinin nisbətinə görə Avropa İttifaqına neft ixrac edən 10 ölkə arasında birinci yeri tutur.

Onun sözlərinə görə, gələn ilin yanvarın 15-də Londonda metan emissiyasının azalması üzrə rəhbər prinsipləri təşəbbüsünə dair rəhbər komitənin növbəti görüşü keçiriləcək. Görüşdə iqlim dəyişmələrinin təsirinin azalması məqsədilə yeni ekoloji norma və prinsiplər qəbul ediləcək.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti təmsil etdiyi qurumun ətraf mühitin qorunmasına və yeni yaşıllıq zolaqlarının salınmasına ciddi önəm verdiyini, hər il ənənəvi iməcliklərin təşkil olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, SOCAR Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü özünə yeni hədəf kimi müəyyən edib və bir gündə 100 min ağacın əkilməsini öz üzərinə götürüb.

R.Hüseynzadə SOCAR-ın qlobal istiləşmə, iqlim dəyişikliyi, karbon emissiyalarının və digər tullantıların idarə olunması istiqamətində intensiv işlərin bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Sonra iqlim dəyişmələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, hazırda müasir iqlim dəyişmələri və onun yaratdığı risklər siyasi, iqtisadi problemlərlə yanaşı, dünyada ən yüksək səviyyələrdə müzakirə olunan məsələlər sırasındadır.

Azərbaycanın iqlim dəyişmələri məsələlərini diqqətdə saxladığını deyən nazir bildirib: “Ölkəmiz qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə qədər istilik effekti yaradan qaz tullantılarının səviyyəsinin 35 faiz azalmasını hədəf kimi götürüb. Ölkəmizdə iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin azaldılması və s. kimi tədbirlər həyata keçirilir.

Hazırda ölkəmizdə atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur. Bunun səbəbi nəqliyyat vasitələrinin sayının sürətlə artmasıdır. Nəqliyyatın ətraf mühitə, insan sağlamlığına mənfi təsirinin azaldılması üçün ekoloji cəhətdən təmiz avtomobillərdən istifadə genişləndirilməlidir”.

Nazir bildirib ki, meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir. Bu baxımdan azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir.

“Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu, bizim ümumi vəzifəmizdir. Ətraf mühitin qorunması üçün atılmış hər bir addım bizim ümumi uğurumuz olacaq.

Əminəm ki, biz bundan sonra da Paris razılaşmasında əksini tapmış hədəfimiz çərçivəsində tullantıların azaldılmasına töhfə verəcəyik”, - deyə M.Babayev qeyd edib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev planetimizdə ətraf mühitin problemləri, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürdüyünü, haqlı narahatlıqlara səbəb olduğunu deyib: “İqlim dəyişmələri insanlığın gələcəyinə birbaşa təhlükədir. Odur ki, dünya dövlətləri bir araya gələrək 1992-ci ildə BMT-nin “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyası və 1997-ci ildə “Kioto Protokolu”nu imzalayıblar. Sənədlərin ratifikasiyasından sonra dövlətlər diferensial öhdəliklər götürüb və iqlim dəyişmələrinə təsirin yumşaldılması üçün müvafiq fəaliyyətə başlayıblar. Təəssüflə qeyd etmək lazımdır ki, Protokolda göstərilən öhdəliklər əksər ölkələr tərəfindən yerinə yetirilməyib və bunun əksinə, bir çox dövlətlərdə atmosferə atılmalar çoxalıb. Nəhayət, 2015-ci ildə dövlətlər irəliləyişə nail olmaq üçün Paris razılaşmasını imzalayıblar. Razılaşmaya əsasən dövlətlər könüllülük prinsipinə uyğun olaraq iqlim dəyişmələrinə təsirin yumşaldılması sahəsində bütün mövcud imkanlardan istifadə etməlidirlər”.

Neftçıxarmanın bəşəriyyətə böyük faydalar və üstünlüklər gətirməklə bərabər bir sıra ekoloji risklər yaratdığını qeyd edən R.Abdullayev həmin risklərin minimuma endirilməsinin bütövlükdə cəmiyyətin üzərinə böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. Bu baxımdan neft və qaz hasilatçıları qarşısında istehsalat sahələrində ətraf mühitin çirklənməsinə yol verməmək istiqamətində daha mühüm öhdəliklər durur.

Son illərdə ekoloji problemlərin həlli üzrə SOCAR-da həyata keçirilən kompleks tədbirlər proqramından danışan Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumun bir çox şirkətləri qabaqlayaraq, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən olan lay sularının qapalı sistemdə utilizasiyasını 100 faizə çatdırdığını bildirib. Sovet dövründə yararsız vəziyyətə düşmüş torpaqların bərpası istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayan R.Abdullayev şirkətin müəssisə və təşkilatlarının balansında olan 2 min hektardan artıq ərazinin rekultivasiya edildiyini, həmin torpaqlarda yaşıllıqlar salındığını diqqətə çatdırıb.

“SOCAR Dünya Bankının və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulan ilk şirkətlərdən biridir. SOCAR daim öz birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarını nəzarətdə saxlayır, bu məqsədlə müvafiq monitorinqlər keçirir. Dünya praktikasında qəbul olunmuş məşəldə yandırma əmsalı 5 faiz olduğu halda, ötən il Azərbaycanda bu göstərici 1 faiz təşkil edib. Bu ildən etibarən isə 0.9 faizə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 milyard kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib”, - deyə R.Abdullayev qeyd edib.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Naqvi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp istixana emissiyasının azaldılması yollarından danışıb, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Konfrans “İqlim dəyişmələri və Paris razılaşması”, “Ətraf mühit və davamlı inkişaf”, “Yaşıl texnologiyalar və innovasiyalar”, “İqlim dəyişmələri və neft-qaz sənayesində beynəlxalq əməkdaşlıq” sessiyaları ilə davam edib. Sessiyalarda mütəxəssislərin məruzələri dinlənilib və mövzular ətrafında fikir mübadiləsi aparılıb.

“İqlim dəyişmələri və Paris razılaşması” sessiyasında “Qlobal iqlim dəyişmələrində istixana qazlarının rolu” mövzusunda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin professoru Sevinc Hacıyeva son 150 il ərzində atmosferin orta qlobal temperaturunun təqribən 0,7° C artdığını deyib: “Bu tendensiya hazırda davam edir. İstiləşmə atmosfer havasında karbon qazının toplanması ilə əlaqədardır. Lakin buna təkcə karbon qazı səbəb olmur, metan, kükürd oksidi, azot oksidi, freonların da istiləşmədə rolu böyükdür. Son araşdırmalara görə atmosferdə olan bütün üzvi birləşmələr də istixana qazlarına qoşulurlar. Üzvi birləşmələrin əksəriyyəti antropogen mənşəlidir”.

Professor iqlim dəyişmələri ilə mübarizənin təkcə bir ölkənin öhdəliyi olmadığını qeyd edib. O, bu problemlə mübarizədə bütün bəşəriyyətin birləşməsinin, yeni çağırışlar, yollar axtarılmasının vacibliyini qeyd edib: “Azərbaycanda bu istiqamətdə görülən işlər nümunəvidir. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda digər məsələlərlə yanaşı, ətraf mühitin, təbiətin qorunması da diqqətdə saxlanılıb. Prezident İlham Əliyev də bu vacib məsələlərə xüsusi diqqət yetirir”.

Sonda konfransın bəyannaməsi qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası