CƏMİYYƏT
“Məşğulluğa dəstək layihəsi” üzrə daha 400-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub
![](/files/galleryphoto/2023/3/1200x630/17023046002378932009_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023046004488940688_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023046001984951945_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023046005842024230_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində iştirakçıların seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminat işləri davam etdirilir.
Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində daha 390 işsiz şəxsə biznes planlarına uyğun aktivlər təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə və layiqli məşğulluğuna çıxışına şərait yaradılmasıdır.
Ümumilikdə, 2025-ci ilə qədər davam edəcək layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir.