Məşhur futbolçu İnyestanın heykəli qoyulacaq
Bakı, 23 oktyabr, AZƏRTAC
İspaniya yığmasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi, hazırda Yaponiyanın “Vissel Kobe” klubunun heyətində oynayan Andres İnyestanın şərəfinə onun anadan olduğu Albasete əyalətində heykəl qoyulacaq.
AZƏRTAC “Football Espana” nəşrinə istinadla xəbər verir ki, Albasete şəhərinin meri deyib: “İnyesta Albasete cəmiyyətinin dəyərlərini - təvazökarlığı, sadəliyi və çalışqanlığı təcəssüm etdirir”.
Heykəli 2020-ci il üçün təqdim etmək planlaşdırılır. O, Albasete şəhərinin “Abelardo Sançes” parkında qoyulacaq.
Maraqlıdır ki, bir neçə il əvvəl İnyestanın doğma Fuentealbilyo kəndində də onun heykəli qoyulub.
Xatırladaq ki, 34 yaşlı İnyesta 2010-cu ilin dünya çempionatında İspaniya və Niderland yığmaları arasında keçirilən final görüşündə “qızıl” qolun müəllifi olub. Həmin görüş 1:0 hesabı ilə İspaniya yığmasının xeyrinə başa çatıb. Yarımmüdafiəçi 2002-2018-ci illərdə “Barselona” klubunun heyətində çıxış edib və onunla birlikdə 32 mükafat qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]