MƏŞQÇİLƏRİMİZİN MÜVAFİQ SERTİFİKATLAR ALMAQ ÜÇÜN BAŞQA ÖLKƏLƏRƏ GETMƏSİNƏ EHTİYAC YOXDUR
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, avqustun 20-də “Şəfa” stadionunda məşqçilər üçün “A” kateqoriyalı kursların ikinci mərhələsi başlanmışdır.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək, keçirilən kursların ölkə futbolunun inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini, məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində əvəzsiz rol oynadığını xüsusi vurğulamışdır.
E. Məmmədov bildirmişdir ki, belə kursların Azərbaycanda təşkil edilməsi nəticəsində məşqçilərimizin müvafiq sertifikatlar almaq üçün başqa ölkələrə getməsinə ehtiyac qalmır.
Avqustun 29-dək davam edəcək məşğələləri UEFA nümayəndəsi Zdenek Sivek və qurumun elmi-metodiki qrupunun əməkdaşları aparacaqlar.
Kursların növbəti 3-cü mərhələsi və məşqçilərin imtahanı sentyabrın 3-dən 5-dək keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]