Meydanın mərkəzindən vurulmuş qol “Ferentsvaroş” komandasının məğlubiyyətsiz oyunlar seriyasına son qoyub
Bakı, 22 oktyabr, AZƏRTAC
Macarıstanın “Puşkaş Akademi” klubunun müdafiəçisi Yanuş Xeqedyuş ölkə çempionatının növbəti matçında meydanın öz komandasına aid hissəsindən topa zərbə endirərək onu “Ferentsvaroş” komandasının qapısından keçirib.
AZƏRTAC xəbər verir ki, Xeqedyuş oyunun birinci yarısının ortalarında mərkəz dairəsindən cərimə zərbəsi ilə topu qonaqların qapısından keçirib. Bu, həmin matçda yeganə qol olub.
“Ferentsvaroş” komandasının məşqçisi əvvəllər Ukrayna yığmasında oynamış, daha sonra Kiyevin “Dinamo” komandasının məşqçisi olmuş Sergey Rebrovdur.
Cari çempionatın cədvəlində liderlik edən “Ferentsvaroş” 11 matçda ilk dəfə məğlubiyyətə uğrayandan sonra ən yaxın rəqibi “Qonveda”dan 4 xal irəlidədir. Bu sensasiyalı uğurdan sonra 11 xal toplamış “Puşkaş Akademi” isə 9-cu yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]