Meyndəki Azərbaycan və türk icmalarının toplantısı keçirilib
Bakı, 30 avqust, AZƏRTAC
ABŞ-ın Meyn ştatında Azərbaycan və Türkiyə diasporunun dostluq münasibətlərinə həsr olunmuş icma toplantısı keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov toplantıda ştatdakı Azərbaycan və türk icmalarının birgə fəaliyyəti nəticəsində əldə olunan uğurlar barədə məlumat verib.
Toplantıda “Bir millət, iki dövlət, vahid diaspor” prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulan əməkdaşlığın perspektivləri müzakirə edilib.
Tədbir mədəniyyət irsimizi əks etdirən musiqilərin səsləndirilməsi və milli mətbəx nümunələrimizin təqdim olunması ilə yekunlaşıb.
İki icmanın açıq havada dostluq toplantıları ötən ildən başlayaraq keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:26]
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib
- 08.06.2026 [12:46]
Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir
- 08.06.2026 [12:38]