Milli Azərbaycan tarixi Muzeyində “20 Yanvar həqiqətlərinin xaricdə yayılması” mövzusunda tədbir keçiriləcəkdir
Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 16-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar həqiqətlərinin xaricdə yayılması” mövzusunda tədbir keçiriləcəkdir.
Tədbir çərçivəsində, həmçinin “20 Yanvar - hüzn və qürur günü” mövzusunda sərgi açılacaqdır.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, sərgidə 20 Yanvar şəhidlərinə məxsus olmuş əşyalar və sənədlər nümayiş etdiriləcək, “20 Yanvar gecəsi”, “Müstəqilliyimiz əbədidir və dönməzdir” installyasiyaları, eləcə də müxtəlif illərdə muzeyə hədiyyə edilmiş “20 Yanvar” xalçası və “20 Yanvar” rəsm əsəri təqdim olunacaqdır.
Mərasimdə 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində tutduğu yerdən geniş söhbət açılacaqdır. Həmçinin “İrs” beynəlxalq jurnalının 20 yanvar faciəsinə həsr olunmuş və xarici dillərdə çap edilmiş nömrələri paylanacaqdır.
Tədbirə respublikanın müvafiq dövlət idarələrinin nümayəndələrinin, alimlərin, tədqiqatçıların, ali təhsil ocaqlarının müəllim və tələbələrinin iştirakı gözlənilir.
“20 Yanvar - hüzn və qürur günü” sərgisi martın 1-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]