MİLLİ ENSİKLOPEDİYANIN XÜSUSİ NƏŞRİ BU İLİN SONUNDA İŞIQ ÜZÜ GÖRƏCƏK
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərbaycan Respublikası” adlanan həmin nəşr, nəzərdə tutulmuş 25 cildlik AME-yə əlavədir. Bu nadir bilgi toplusunun yenidən işlənməsinə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamından sonra başlanmışdır. Sərəncamda yeni dövrün tələblərinə cavab verən, xalqın həyatına dair elmi, mədəni, tarixi, siyasi və iqtisadi hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanması və latın qrafikası ilə nəşri zərurəti qeyd edilmişdir.
AME-nin nəşrinə bu ilin may ayından “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin rəhbərliyi ilə başlanmışdır. Hazırda xüsusi cildin tərtibatı ilə paralel olaraq kadrların yerləşdirilməsi və sözlüklərin hazırlanması üzərində iş gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]