Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli inkişaf strategiyasının müəllifi

Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. AZƏRTAC Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Əliyevanın 15 iyun - Milli Qurtuluş Gününün tariximizdə önəmli yerindən və rolundan bəhs edən yazısını təqdim edir.

Dəyişməz olan, ən əsası reallıqlar əsasında öz təsdiqini tapan bir gerçəklik daim önə çəkilir ki, gələcəyə keçmişi ilə addımlayan, bu günü ilə qürur duyub, perspektivdə bir-birindən əhəmiyyətli uğurlara imza atacağına ümidlə baxan xalqlar, dövlətlər hər zaman tarixin çətin sınaqlarından üzüağ çıxmış, milli varlıqlarını qorumaq imkanı əldə etmişlər. Azərbaycanın keçdiyi inkişaf yolu, xalqımızın tarix boyu əyilməzliyi, yenilməzliyi, qəhrəmanlığı deyilənlərin təsdiqidir. Daim azadlıq, müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqı XX əsrin əvvəllərində müstəqilliyinə qovuşsa da, onun ömrü məlum səbəblərə görə uzun olmadı. O dövrdə baş verən hadisələri xarakterizə edən ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti az müddət yaşayıb. Ancaq o iyirminci əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyub: “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıblar”.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ölkəni elə bir ağır durumla üz-üzə qoydu ki, xalq bu müstəqilliyin sevincini yaşaya bilmədi, yaranmış böhranlı vəziyyətdən çıxış yolu axtarmağa başladı. Azərbaycan öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Digər tərəfdən də silahlı qüvvələrin torpaqların deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəçisinə çevrilmələri ərazilərimizin bir-birinin ardınca işğalına yol açırdı. Belə dözülməz, ağır vəziyyətdə xalq öz xilaskarını axtardı, həyatını xalqına, dövlətinə həsr edən və bundan qürur duyan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etməklə Azərbaycanın gələcək inkişafının təməlini qoydu.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağın, daha da möhkəmləndirməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirdi. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan tarixinə dirçəliş, yüksəliş dövrü kimi yazıldı. Ulu öndər Heydər Əliyev deyib: “Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Ümummilli Liderin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərindən bəhs edərkən onun xilaskarlıq missiyası daha qabarıq şəkildə diqqətə çatdırılır. Onun uğurlu daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycan yenidən quruldu, yaşadı, hər bir sahədə başqa dövlətlər üçün nümunə oldu. Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması inkişafda yeni bir mərhələnin əsasını qoydu. Bu addım bir daha Azərbaycanın dünyaya sülhsevər ölkə olduğunu nümayiş etdirdi, eyni zamanda, digər sahələrin inkişafı üçün yol açdı. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən ulu öndər Heydər Əliyev bu sahənin inkişafında neft amilinin rolunu önə çəkərək, belə bir fikri xüsusi qeyd edib ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadiyyatını inkişaf etdirə bilməz. Məhz Ulu Öndərin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk neft müqaviləsi imzalandı. Azərbaycan bu addımı ilə dünyaya siyasətində müstəqil, eyni zamanda, hansı iqtisadi imkanlara malik olduğunu nümayiş etdirdi. Ölkəmizin gələcəyinə inanan dövlətlər, şirkətlər ikitərəfli əlaqələrin qurulmasına və daha da genişlənməsinə səylər göstərdilər. Azərbaycan qısa zamanda böyük əməkdaşlıq məkanına çevrildi. Ölkəyə investisiya axını daha da sürətləndi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 160 milyard dollardan çox olduğunu böyük qürur hissi ilə qeyd ediriksə, təbii ki, bu, düzgün və düşünülmüş siyasətin nəticəsidir.

Azərbaycanın iqtisadi qüdrətinin artması ölkənin beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq oldu. Bu fakt hər kəsə bəllidir ki, müstəqilliyimizin ilk illərində erməni yalanlarının ayaq tutub yeriməsində ölkəmiz haqqında məlumatsızlıq böyük rol oynayıb. Ermənilərin və erməni diasporunun apardığı yalan təbliğata görə Azərbaycan beynəlxalq ictimaiyyətə təcavüzkar dövlət kimi təqdim olunmuşdu. Məhz həmin illərdə ölkəmizə qarşı ədalətsiz 907-ci düzəlişin tətbiq olunması da ermənilərin bu kimi əsassız təbliğatlarından irəli gəlirdi. Azərbaycana qarşı belə bir ədalətsiz qərarın tətbiq edilməsinə nail olan ermənilərin əsas məqsədi ölkəmizi iqtisadi cəhətdən zəiflətmək, bu və ya digər ölkədən asılı vəziyyətə salmaq idi. Amma onların bu cəhdləri də boşa çıxdı. Belə ki, 10 il bu qərarın tətbiqi şəraitində yaşayan Azərbaycan iqtisadi cəhətdən zəifləmədi, əksinə daha da qüdrətlənərək, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön yerdə dayandı. Ulu öndər Heydər Əliyev hər bir ölkəyə səfərində Azərbaycan həqiqətləri barədə dolğun məlumatlar verir, dünya ictimaiyyətini erməni yalanlarına uymamağa, hadisələri olduğu kimi qəbul edib düzgün qiymətləndirməyə çağırırdı. Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul olunmaqla həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün növbəti tribunalar qazandı. Azərbaycan dövlətinin uğurlu xarici siyasəti sayəsində, xüsusilə də 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktından sonra Amerika hökuməti 907-ci düzəlişin ədalətsiz qərar olduğunu etiraf edərək bu bədnam düzəlişin fəaliyyətinin dondurulması ilə bağlı qərar qəbul etdi. Ötən müddət ərzində hər il həmin qərar yenidən təsdiqlənir. Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas məsələ erməni yalanlarını faktlarla ifşa etmək, əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Müstəqil dövlətimizin bu sahədə qazandığı uğurlar təqdir olunur. Bu da ondan irəli gəlir ki, təbliğatımız yalana deyil, real faktlara əsaslanır.

Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu zəngin təbii resurslar ona cəlbedici ölkə imicini qazandırıb. Dövlətimizin həyata keçirdiyi siyasətin əsasında Azərbaycanı rəqabət yox, əməkdaşlıq məkanına çevirmək dayanır. Azərbaycanın 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə qazandığı uğurlar göz qabağındadır. Ümummilli Liderin hər bir xarici ölkəyə səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan dünya birliyində özünə layiqli yer tutmaqla söz sahiblərindən birinə çevrildi. Təbii ki, bu uğurlarda dövlətimizin müstəqil siyasəti böyük rol oynayır. Müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqil dövlət təbii ki, siyasətində də müstəqil olmalıdır. Bu fikir dünyanın böyük dövlətlərinin rəsmiləri tərəfindən hər zaman qeyd olunur ki, yalnız müstəqil iqtisadi siyasət yeridən dövlət müstəqil ola bilər. Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi qeyd olunur. “Əsrin müqaviləsi”nin imzalanması zamanı bütün təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürüb, bu qərarın dəyişməz olduğunu bildirməklə Azərbaycanın öz siyasətində müstəqil olduğunu bir daha dünya dövlətlərinə bəyan edib.

Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin müstəqil siyasəti göz qabağındadır. Mövqeyimizin dəyişməz olduğunu bəyan edən rəsmi Bakı daim dünya dövlətlərini, beynəlxalq təşkilatları hadisələrin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə çağırır. Bu gün dünya birliyi haqqın, ədalətin kimin tərəfində olduğunu görür, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bildirir. Beynəlxalq təşkilatların qərar və qətnamələrində də Azərbaycanın ədalətli mövqeyi dəstəklənir. Məhz bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Azərbaycan diplomatiyasının təntənəsi kimi dəyərləndirilən bu mühüm hadisə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda da mühüm addım oldu. “Biz ilk növbədə qurumda ədaləti müdafiə edəcəyik”, - deyən Prezident İlham Əliyevin bu qətiyyəti Azərbaycan dövlətinin prinsipial mövqeyinə, beynəlxalq hüquqa olan hörmətə əsaslanırdı. İki il müddətinə BMT Təhlükəsizlik Şurasında sədrlik edən Azərbaycan uğurlu fəaliyyəti ilə bu reallığı da ortaya qoydu ki, xarici siyasətini əməkdaşlıq üzərində qurması ona böyük dostlar qazandırıb.

Dahi şəxsiyyətin həyata keçirdiyi siyasətdə diaspor quruculuğu prosesinə mühüm əhəmiyyət verməsi də xüsusi qeyd olunmalıdır. Diasporu bir dövlətin xaricdəki varlığı kimi dəyərləndirən ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini təmin etmək üçün ilk növbədə həmin dövlətlərdə Azərbaycan mərkəzlərinin, cəmiyyətlərinin yaradılmasına nail oldu. Sonra Ulu Öndər onların vahid mərkəzdən idarə olunmalarının vacibliyi məsələsini gündəmə gətirərək Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsünü irəli sürdü. 2001-ci il noyabrın 9-10-da bunu reallaşdıran ümummilli lider Heydər Əliyev soydaşlarımızı Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi üçün birliyə çağırdı. Həmin qurultay diaspor işinin sürətləndirilməsində təkanverici qüvvə rolunu oynadı. Son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətində də bu sahəyə diqqət xüsusi yer tutur. 2006-cı və 2011-ci illərdə Dünya azərbaycanlılarının II və III qurultaylarının keçirilməsi bunun təsdiqidir. Keçirilən hər qurultay ötən dövrdə əldə olunan uğurlara bir baxış və qarşıdakı illər üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın qürur mənbəyidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və məqsədyönlü siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycanın gələcəyinə inamı daha da artırır, ölkəmiz bütün sahələrdə inamla irəliləyərək, dünya birliyində yerini və rolunu, mövqelərini möhkəmləndirir.

Təbii ki, bu nailiyyətlərimizdə demokratik islahatlar və onların uğurlu nəticələri də az rol oynamayıb. Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasını, bir sözlə, demokratiya yolunu əsas xətt kimi önə çəkmiş, bu istiqamətdə uğurlu addımlar atmışdır. Azərbaycanın 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da onun demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etməsinin təsdiqidir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası mövcuddur və bu, ilbəil təkmilləşdirilir. Konstitusiyamızın maddələrinin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Vətəndaşlara bütün azadlıqlar verilib. 2003-cü ilin mayında Azərbaycan hökumətinin Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan və zaman-zaman təkmilləşdirilən Seçki Məcəlləsi ölkədə seçkilərin dünya standartlarına uyğun keçirilməsini şərtləndirir. Bu gün Azərbaycanın seçki təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə çoxpartiyalı sistem yaradılıb. Siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyətini təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin demokratik prinsiplərə verdiyi önəmdən irəli gəlir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya yolu bizim strateji kursun mahiyyətini təşkil edir, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Dahi şəxsiyyətin bu kimi fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsasdır.

Təbii ki, bütün prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri-düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və digər biri-birindən məsuliyyətli vəzifələr dayanır.

Dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda, bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Partiyanın hansı şəraitdə, hansı zərurətdən yarandığı aydındır. Məhz o dövrün xarakteristikası fonunda qeyd edilir ki, YAP-ın yaradılması zamanın tələbi, xalqın istəyi idi. 91 nəfər Azərbaycan ziyalısının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” müraciəti ölkə ictimaiyyəti arasında böyük canlanma yaratdı. Bu, yalnız 91 nəfərin deyil, ölkədə baş alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən səbir kasası dolmuş bütöv bir xalqın ulu öndər Heydər Əliyevə böyük ümidinin ifadəsi idi. Müraciətdə deyilirdi: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduraraq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. ... Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsil üçün də siyasi yetkinlik məktəbi olar”. Azərbaycan ziyalılarının müraciətinə cavabında müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu söyləyən ulu öndər Heydər Əliyev bildirib ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Partiyanın yaradılmasından ötən 22 ilə yaxın dövr ərzində əldə etdiyi uğurlara diqqət yetirsək, ulu öndər Heydər Əliyevin böyük qətiyyətlə söylədiyi bu fikirlərin reallıqda öz əksini tapdığının şahidi olarıq. Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi altında partiya daha da inkişaf edib, sıralarını kəmiyyət və keyfiyyət baxımından möhkəmləndirib. Partiyanın ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanması da ulu öndər Heydər Əliyev ideyalarına sədaqətdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamdan qaynaqlanır. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb. Partiyanın atdığı hər addımda siyasi xəttinə sadiqliyi ona milyonların sevgisini qazandırıb. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP hər zaman uğurlarımızın davamlılığına öz töhfəsini verməyə çalışır. Partiyanın V qurultayında Prezident İlham Əliyevin söylədiyi “Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir” fikirləri də keçilən yolun təhlili və ümumiləşdirilmiş ifadəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inamla inkişaf edir, ən yüksək zirvələri fəth edir. Qarşıdakı illərin hədəfləri hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Prezident İlham Əliyev 2013-cü ildə keçirilən andiçmə mərasimində “Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır” söyləyərək fikrini belə əsaslandırıb: “Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib