Milli Kitabxanada “Xalq artisti Rəşid Behbudov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
Bakı, 13 dekabr, AZƏRTAC
Milli Kitabxanada Azərbaycan mədəniyyətinin əfsanəsi, ecazkar səsi, ifaçılıq və aktyorluq məharəti ilə dünyanı heyran qoyan, Azərbaycanın Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Xalq artisti Rəşid Behbudov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan musiqi mədəniyyətində görkəmli yer tutan, Dövlət mükafatları laureatı, estrada və opera müğənnisi, aktyor, Xalq artisti Rəşid Behbudov həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, onun sənəti, səs tembri və əsas üslub xüsusiyyətləri, xalq və bəstəkar mahnılarının ifası ilə bağlı tədqiqat işləri və s, fotolar, qramplastinkalar, dövri mətbuat materialları nümayiş olunur.
Azərbaycan torpağının şan-şöhrətli oğlu, doğma Azərbaycanı planetimizin hər yerində sevə-sevə təbliğ edən Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlib.
Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. O, ölməz səsi ilə hələ də qəlblərdə sevilərək yaşayır. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan Rəşid Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə verib. Dahi müğənni özünün zəngin, çoxcəhətli həyat və yaradıcılığı, tükənməz istedadlı, ecazkar səsi ilə Yer kürəsinin saysız-hesabsız məmləkətlərində qastrol səfərlərində olub, misilsiz müvəffəqiyyətlə çıxış edib, insanların xatirində silinməz izlər qoyub.
Ölkə Prezidentinin Sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli ölməz korifey sənətkarımız Rəşid Behbudovun 2015-ci ildə 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]