Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı olub

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan kitabın həmmüəllifi, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, 2018-ci ili vacib və əhəmiyyətli edən onun 100 illik yubileylərlə zəngin olmasıdır. Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olundu. İl ərzində həm ölkəmizdə, həm də xaricdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxsaylı yubiley tədbirləri keçirildi. Bu yüz ilin hər günündə əldə etdiyimiz uğurlar, rastlaşdığımız çətinliklər, həyatımızın ən vacib dövrləri və bu dövrlərdə xalqımızın, dövlətimizin atdığı addımlar, ictimai-siyasi şərait və müqəddəs xəyallarımızın gerçəkliyə çevrilməsi istiqamətindəki səylərimizə qarşı yönəlmiş cəhdlər barədə çoxlu müzakirələr aparıldı, dəyərləndirmələr edildi. Dövlətimiz, xüsusilə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün lazımi addımlar atıb. Azərbaycan parlamenti də Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyinin yüksək səviyyədə qeyd olunmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bütün işləri görüb.

Qeyd edilib ki, Azərbaycan xalqı müstəqillik uğrunda istək və arzularını reallaşdırmaq, onun nəticəsi olan müstəqil dövləti qurmaq üçün böyük yol keçib, bütün çətinliklərə fədakarlıqla sinə gərib, ləyaqətlə yaşamaq haqqının olduğunu dünyaya sübut edib, bu gün müstəqil, qətiyyətli siyasət yeridən bir dövlətin xalqı olduğunu göstərib.

“Azərbaycan parlamentarizmi tarixi” kitabının önəmini vurğulayan Bahar Muradova deyib ki, kitabın tədqiqat obyekti Azərbaycan xalqının keçdiyi şərəfli yol, qərarların qəbulu ənənəsi, qədim dövrdə bu ənənələrin yaranmasından tutmuş ötən əsrə qədər keçən dövr, Cümhuriyyətin yaranması, sovet dövrü, həmin dövrdə dəyişən şərtlər çərçivəsində, daha sonra isə 1991-ci ildə ölkəmizin müstəqilliyinin bərpasından sonra Azərbaycan parlamentinin keçdiyi yoldur. “Müəlliflər olaraq məqsədimiz Azərbaycanda tarixən qərarların qəbul edilməsi ənənəsini öyrənmək, parlamentin dövlət idarəçiliyi sistemində tutduğu yeri, oynadığı rolu dəyərləndirmək, eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri tədqiqatları, mövqeləri özündə əks etdirən ümumiləşmiş tədqiqat əsəri ortaya qoymaq idi. Kitabın birinci cildi qədim dövrdən 1991-ci ilə qədər, ikinci cildi isə 1991-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Bu kitab gələcək elmi-tədqiqat əsərlərinin yaradılması üçün mühüm mənbə ola bilər. Kitab bu sahədə əldə olunmuş nailiyyətləri özündə birləşdirən ümumiləşmiş əsərdir”, - deyə Bahar Muradova söyləyib.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, deputat, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu çıxışlarında vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd olunması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları onun dövlətçilik tariximizə, xüsusilə də Cümhuriyyət tarixinə verdiyi yüksək qiymətin ifadəsidir. Eyni zamanda, bu sərəncamlar Cümhuriyyət qurucularının xatirəsinə ehtiramı da dövlət səviyyəsində ifadə edir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı hər iki sərəncam ölkəmizdə müstəqillik, milli dövlətçilik təfəkkürünün daha da möhkəmlənməsinə, inkişaf etdirilməsinə xidmət edir. Bu sərəncamlar mühüm siyasi və tarixi əhəmiyyətə malikdir. Həmin sərəncamlara əsasən ölkəmizdə və xaricdə genişmiqyaslı tədbirlər həyata keçirildi. Bu tədbirlərin içərisində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclası və bu gün təqdimatı olan “Azərbaycan parlamentarizmi tarixi” kitabının işıq üzü görməsini xüsusi qeyd etmək lazımdır.

Bildirilib ki, parlamentarizmin tarixi, Azərbaycanda parlament ənənəsi haqqında ilk dəfədir kitab dərc olunub. “Azərbaycan parlamentarizmi tarixi” kitabı ölkəmizdə mili parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan birinci kitab kimi böyük əhəmiyyətə malikdir. Nəşrlərdə Azərbaycan parlamentarizminin tarixi təkcə 100 il bundan əvvəl Cümhuriyyət qurucularının yaratdığı parlamentin tarixi ilə əlaqəli şəkildə göstərilməyib. Müəlliflər, həmçinin ölkəmizdə parlamentarizmin qədim tarixi ənənələrə malik olduğunu göstərmək üçün ilk dəfə olaraq bu istiqamətdə dərin, sistemli tədqiqatlar aparıblar.

Kitabın həmmüəllifi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu kitab Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə bir töhfədir. Azərbaycanda ilk dəfə olaraq parlamentarizm tarixi haqqında kitab nəşr olunub. Bu kitabda göstərilir ki, ölkəmizdə qərarların qəbul edilməsinin ənənələri olub. Nəşrdə parlamentin keçdiyi yol, xalqımızı düşündürən problemlər və onların həlli məsələləri əksini tapıb.

Kitabın digər həmmüəllifi, AMEA-nın aparici elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov deyib ki, Azərbaycan xalqının müstəqilliyinə, suverenliyinə qarşı 100 il ərzində həyata keçirilən bütün cəhdlər uğursuzluğa düçar olub. O qeyd edib ki, “Azərbaycan parlamentarizmi tarixi” kitabı Cümhuriyyətin 100 illiyinə töhfə olaraq işıq üzü görüb.

Qeyd edək ki, “Azərbaycan parlamentarizmi tarixi” kitabı Azərbaycan Respublikası Milli Məclisinin sifarişi ilə hazırlanıb. Kitabın elmi məsləhətçisi və redaktoru Milli Məclisin sədri Oqtay Əsədov, müəllifləri AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Milli Məclisinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova, AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib