MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Professor Rolf Knieper bir neçə il bundan əvvəl Azərbaycan parlamentində keçirdiyi görüşləri xatırlatmış, Milli Məclisdə qanunvericilik texnikasının təkmilləşdirilməsi sahəsində son illərdə atılmış addımları xüsusi qeyd etmişdir. Alim bildirmişdir ki, parlamentin Avropa standartlarına cavab verən “İnzibati icraat haqqında” qanun layihəsi hazırlaması, Mülki Məcəlləyə, Mülki Prossesual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə mütərəqqi dəyişikliklər etməsi GTZ tərəfindən yüksək dəyərləndirilir.
Sonra görüşdə qanunvericilik texnikasının təkmilləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmış, Azərbaycanın Mülki Məcəlləsinin fiziki və hüquqi şəxslərə aid hissəsinin GTZ-nin dəstəyi ilə yenidən işlənməsi yüksək qiymətləndirilmişdir.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova iştirak etmişdir.