Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək
Bakı, 14 may, AZƏRTAC
Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq.
Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.
Sessiyanın komitə iclaslarında Avratlantik birliyə qarşı olan təbliğat hücumları, NATO-nun yeni strateji çağırışı, Rusiya iqtisadiyyatına qoyulan sanksiyalar, terrorçuluğun maliyyələşdirilməsi, Ukrayna iqtisadiyyatının vəziyyəti və inkişaf perspektivləri, dünya üzrə NATO-nun tərəfdaşları, iqlim dəyişikliyi və digər mövzular müzakirə olunacaq.
Sessiya çərçivəsində keçiriləcək siyasi komitənin iclasında “Rusiya və Avratlantik təhlükəsizlik” mövzusunda məruzə dinləniləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə Rusiyanın siyasəti, Cənubi Qafqazda vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.
NATO Parlament Assambleyasının yaz sessiyası mayın 18-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]