Milli Məclisin payız sessiyasında ilk komitə iclaslarının vaxtı açıqlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Milli Məclisin payız sessiyasında ilk komitə iclasları sentyabrın 15-də təşkil olunacaq.
AZƏRTAC Milli Məclisin rəsmi saytına istinadla xəbər verir ki, parlamentin Elm və təhsil komitəsi və Aqrar siyasət komitəsi ilk iclaslarını bu tarixdə keçirəcəklər.
Komitələr 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat verəcək və 2022-ci il payız sessiyası üçün iş planını təsdiq edəcəklər.
Regional məsələlər komitəsinin payız sessiyası çərçivəsində ilk iclası isə sentyabrın 20-də olacaq. Komitənin iclasının gündəliyində müzakirə olunacaq 3 məsələdən biri də Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi ilə bağlıdır.