SİYASƏT
Milli Məclisin sədri Cənubi Afrika Respublikasına rəsmi səfər edib

Bakı, 9 fevral, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasına rəsmi səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və digər rəsmi şəxslər daxildirlər.
Keyptaun Beynəlxalq hava limanında nümayəndə heyətini Cənubi Afrika Respublikası Milli Assambleyasının vitse-spikeri David Ntombela, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Yamin Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının parlamentində olacaq, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.02.2025 [14:51]
Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək
- 17.02.2025 [13:02]
Münxen Təhlükəsizlik Konfransı: Dünyanın reallıqları və perspektivlər
- 17.02.2025 [12:00]
Qaradağlı faciəsindən 33 il ötür
- 16.02.2025 [09:37]
Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb
- 16.02.2025 [01:46]
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
- 16.02.2025 [01:20]