Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilir
Bakı, 16 iyul, AZƏRTAC
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda 20 şahmat həvəskarı birincilik uğrunda mübarizə aparır.
Tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib. Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir.
Turnir Olimpiya sistemi üzrə 7 turdan ibarətdir. Partiyalar 10 dəqiqə, hər gedişə 5 saniyə əlavə olunmaqla oynanılır.
Turnirin qalibləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən mükafatlandırılacaq.