MİNGƏÇEVİR DAHA ABAD VƏ TƏMİZ OLACAQ
Mingəçevirdə Azərbaycan Prezidenti Heydər Əliyevin Gəncə şəhərinə və Goranboy rayonuna səfərinin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
İcra hakimiyyətinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısının qaldırdığı məsələlər, söylədiyi tənqidi fikirlər və tövsiyələrdən ətraflı söhbət açmış, bunlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün konkret təkliflərini bildirmişlər. Şəhərdə təmizlik-abadlıq aylığı keçirilməsi qərara alınmış, bununla əlaqədar sakinlərə müraciət qəbul olunmuşdur.
Müşavirə iştirakçıları ölkəmizin və ümumən Qafqazın həyatında əlamətdar hadisə olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişinə başlanılması münasibətilə mingəçevirlilər adından Azərbaycan Prezidentinə təbrik məktubu göndərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]