Mingəçevir Dövlət Universitetində magistrantların III elmi-nəzəri konfransının materialları kitab şəklində nəşr olunub


Bakı, 14 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Elm günü” münasibətilə magistrantların martın 29-30-da keçirilmiş III elmi-nəzəri konfransının materialları kitab şəklində nəşr olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qeyd olunan konfrans materiallarında MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantlarının məqalə və tezisləri yer alıb.
Onlayn formatda baş tutan konfransın plenar iclasında MDU-nun 8 magistrantı, “Təhsil və humanitar”, “Təbiət, texnika və texnologiya”, “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclaslarda isə 15 magistrant məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində məruzələr ətrafında geniş diskussiyalar aparılıb.
Qeyd edək ki, MDU-da tələbə və magistrantların elmi fəaliyyətə aktiv cəlb olunması diqqət mərkəzində saxlanılır, onların elmi potensialının üzə çıxarılması, tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və elmi-tədqiqat nəticələrinin ictimaiyyətə təqdim edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əlverişli mühitin yaradılmasına xüsusi əhəmiyyət verilir.
Respublika elmi konfransının materialları ilə aşağıdakı internet linki vasitəsilə tanış olmaq mümkündür: