“MİNGƏÇEVİR İZOLİT” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ MÜSABİQƏ DAVAM EDİR
Azərbaycan Respublikasının sərmayədarları ilə yanaşı xarici investorların da iştirak edə biləcəyi müsabiqə üçün ərizə və təkilflər iyulun 17-dək qəbul ediləcək, ayın 19-dan sonra isə təkliflərin qiymətləndirilməsinə başlanacaqdır.
İddiaçılar investisiya proqramını təqdim etməklə bərabər, dövlət büdcəsinə ödəniləcək 200 min manat (AZN) vəsaitdən və komitəyə təqdim olunacaq 15 min ədəd dövlət özəlləşdirmə çekindən (xarici investorlar bu rəqəmə müvafiq olaraq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər) az olmamaq şərtilə müvafiq təkliflər verməlidirlər.
Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və onlara bərabər tutulan borcları üzrə ödənişlərin həyata keçirilməsi, 60 təqvim günü müddətində təkilf etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi və 90 təqvim günü ərzində müvafiq sayda özəlləşdirmə çeklərini (xarici investor olduqda həm də özəlləşdirmə opsionlarını) təqdim etməlidir. İnvestisiya Proqramı ilə müəyyən edilmiş investisiyanın ümumi həcminin 5 faizinə qədər hissəsinin pul vəsaiti şəklində 30 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi təmin olunmalıdır.