Mingəçevir şəhər 11 nömrəli məktəbin 10 şagirdi şəhidlik zirvəsinə ucalmışdır
Mingəçevir, 17 yanvar (AZƏRTAC). Azərbaycanın hər bir bölgəsi kimi, Mingəçevir şəhərinin oğulları da Qarabağ müharibəsində fəal iştirak etmiş, qaynar nöqtələrdə düşmənlə ölüm-dirim savaşına çıxmışlar. Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin də 10 məzunu Vətən uğrunda canından keçərək şəhid olmuşdur.
Məktəbin direktoru Günəş Nəsibova AZƏRTAC-a bildirmişdir ki, təhsil ocağının dəhlizində “Məktəbin şəhid məzunları” guşəsi yaradılmışdır. 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar məktəbdə müxtəlif tədbirlər təşkil edilir, vətənpərvərlik mövzusunda dərslər keçirilir, şəhidlərin həyatı barədə şagirdlərə məlumatlar verilir, şəhidlik zirvəsinə ucalmış bu insanların həyatı şagirdlərə nümunə kimi göstərilir. Eyni zamanda, şəhid ailələri ilə görüşlər keçirilir, onların övladları ilə söhbətlər aparılır.
Qeyd edək ki, Qarabağ uğrunda döyüşlərdə Mingəçevir şəhəri 323 şəhid vermiş, 104 nəfər isə itkin düşmüşdür. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə onların 4-ü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7-si “Azərbaycan Bayrağı” Ordeninə, 4-ü isə “İgidliyə görə” medalına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]