Azərbaycan Dövlət İnformasiya Agentliyi

Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu

Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu

Bakı, 18 dekabr, AZƏRTAC

Müasir dünyada miqrasiya yalnız demoqrafik və sosial proses deyil, eyni zamanda, insan hüquqları baxımından ciddi çağırışlar doğuran qlobal bir fenomendir. Silahlı münaqişələr, iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik, təbii və texnogen fəlakətlər, eləcə də qloballaşma və əmək bazarındakı dəyişikliklər milyonlarla insanı doğulduğu və yaşadığı əraziləri tərk etməyə məcbur edir. Bu prosesin mərkəzində isə hər zaman insan dayanır və harada olmasından, miqrasiya statusundan və hüquqi vəziyyətindən asılı olmayaraq hər bir şəxs fundamental hüquq və azadlıqlara malikdir.

Lakin təcrübə göstərir ki, məhz miqrasiya prosesində olan şəxslər, o cümlədən sığınacaq axtaranlar, qaçqınlar, əməkçi miqrantlar, vətəndaşlığı olmayan şəxslər və daxili köçkünlər insan hüquqlarının pozulması baxımından daha həssas qruplar sırasındadır. Onların saxlanma şəraiti, sənədləşmə problemləri, ayrı-seçkilik halları, sosial xidmətlərə çıxışın məhdudlaşdırılması, eləcə də səmərəli hüquqi müdafiə mexanizmlərinin yetərli olmaması bu riskləri daha da artırır. Bu baxımdan, miqrasiya sahəsində insan hüquqlarının qorunması yalnız dövlətlərin deyil, eyni zamanda, müstəqil nəzarət və müdafiə mexanizmlərinin fəal iştirakı ilə mümkün olur.

Bu fikirlər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyevanın “Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Miqrasiyanın səbəbləri müxtəlifdir. Müasir dövrdə insanların məcburi yerdəyişmələrinin əsas məqsədi istər ölkə daxilində, istərsə də digər ölkələrdə daha təhlükəsiz və sabit həyat şəraitinə nail olmaqdır. Nəticədə miqrasiya edən şəxslər qəbul edən dövlətlərin qanunlarına tabe olur, həmin ölkələrin konstitusiyasında və beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etməklə yanaşı, müvafiq öhdəlikləri də qəbul edirlər.

Milli insan hüquqları təsisatları (MİHT) və ombudsman institutları miqrasiya sahəsində insan hüquqlarının müdafiəsində mühüm institusional mexanizmlərdən biridir. Paris Prinsiplərinə uyğun olaraq bu təsisatlar müstəqil fəaliyyət göstərir, geniş mandat əsasında dövlət orqanlarının fəaliyyətinə nəzarət edir və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Miqrasiya prosesində iştirak edən şəxslər sığınacaq axtaranlar, qaçqınlar, əməkçi miqrantlar və vətəndaşlığı olmayan şəxslər bu baxımdan xüsusi həssas qruplar kimi qiymətləndirilir.

MİHT-lər və ombudsman institutları miqrasiya sahəsində fərdi şikayətlərin araşdırılması, saxlanma və yerləşdirmə yerlərinin monitorinqi, inzibati təcrübənin insan hüquqları standartlarına uyğunluğunun qiymətləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanması vasitəsilə hüquqların qorunmasına töhfə verir. Eyni zamanda, Paris Prinsiplərindən irəli gələn beynəlxalq əməkdaşlıq mandatı çərçivəsində bu təsisatlar beynəlxalq insan hüquqları mexanizmləri üçün etibarlı informasiya mənbəyi kimi çıxış edir və miqrasiya sahəsində dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etməsinin gücləndirilməsinə xidmət edir.

Miqrasiya sahəsində mövcud hüquq münasibətlərini tənzimləyən, insan hüquq və azadlıqlarını özündə ehtiva edən bir sıra beynəlxalq müqavilələr qəbul edilmişdir. Universal insan hüquqları sənədləri, o cümlədən Mülki və siyasi hüquqlar haqqında və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktlar miqrasiya statusundan asılı olmayaraq bütün şəxslər üçün əsas hüquqların təmin edilməsini nəzərdə tutur. Bununla yanaşı, Qaçqınların statusu haqqında Konvensiya, Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiya, habelə vətəndaşlığı olmayan şəxslər, uşaqlar, qadınlar və əlilliyi olan şəxslərə dair xüsusi konvensiyalar miqrasiya prosesində olan şəxslər üçün əlavə hüquqi təminatlar müəyyən edir. Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyaları isə əməkçi miqrantların əmək hüquqlarının qorunmasını tamamlayır.

Ombudsman institutları miqrasiya prosesinin müxtəlif mərhələlərində, xüsusilə sığınacaq prosedurlarının və hüquqi statusun müəyyən edilməsi prosesinin insan hüquqları standartlarına uyğunluğunun monitorinqində mühüm rol oynayır. Bu institutlar sığınacaq verilməsi və ya hüquqi statusun müəyyən olunması ilə bağlı qərarlar qəbul etməsələr də, həmin prosedurların ədalətli, şəffaf və ayrı-seçkilikdən kənar şəkildə həyata keçirilməsinə nəzarət edir.

Müxtəlif ölkələrdə milli insan hüquqları təsisatlarının və ombudsman institutlarının hüquqi mandatı və fəaliyyət sahəsi fərqli olsa da, onların ümumi insan hüquqları mandatı sığınacaq axtaranların, qaçqınların və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir. Bu baxımdan, həmin institutların fəaliyyəti miqrasiya sahəsində insan hüquqlarının təmin olunmasına dair milli mexanizmlərin gücləndirilməsinə töhfə verir.

Dünyanın bir çox ölkələrindən müxtəlif səbəblərlə Azərbaycana pənah gətirən şəxslərə dövlətimiz daima xüsusi diqqət, həssas yanaşma və tolerant münasibət nümayiş etdirib. Təəccüblü deyil ki, ölkəmiz multikultural dəyərlərə önəm verməsi ilə digər ölkələr arasında önəmli nüfuza sahibdir.

Fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycan ombudsmanı öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa və Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrə uyğun şəkildə həyata keçirir. Konstitusiya Qanununa əsasən, hüquqları pozulduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla, bütün şəxslər ombudsmana müraciət etmək hüququna malikdirlər.

Ombudsman müraciətləri qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində araşdırır, aidiyyəti dövlət orqanlarına tövsiyələr və müraciətlər ünvanlayır, habelə milli insan hüquqları təsisatı və Milli Preventiv Mexanizm funksiyaları çərçivəsində miqrasiya prosesində olan, xüsusilə saxlanma şəraitində yerləşdirilmiş şəxslərin hüquqlarının qorunmasının monitorinqini həyata keçirir.

Azərbaycan ombudsmanının ünvanına miqrasiya məsələləri ilə bağlı daxil olan müraciətlər əsasən keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, məcburi köçkün statusunun verilməsi, vahid aylıq müavinətin təyin olunması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri, əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti və daimi yaşayış icazəsinin verilməsi, icazə müddətlərinin uzadılması, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Həmin müraciətlər Ombudsman tərəfindən araşdırılmış və həlli istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda Azərbaycan ombudsmanın müdaxiləsi nəticəsində xarici ölkələrdə etibarsız sənədlər əsasında və ya sənədsiz olan Azərbaycan Respublikası vətəndaşlarına qayıtma şəhadətnamələrinin verilməsi prosesi sürətləndirilib və daha operativ həll edilməkdədir. Müvafiq şikayətlər üzrə ombudsmanın müdaxiləsindən sonra dəfələrlə müvafiq icazələr verilib, ayrı-ayrı hallarda inzibati qərarlara yenidən baxılıb.

Bundan əlavə, bəzi hallarda bu qəbildən olan şəxslərin üzləşdikləri mürəkkəb həyat şəraiti və düşdükləri vəziyyətin qanunvericilik tənzimlənməsinin olmaması, inzibati və digər sahələrdə müəyyən edilmiş vahid davranış qaydalarının müddəalarına və göstərişlərinə riayət edilməməsi hallarında qarşıya çıxan problemlərin aradan qaldırılması, habelə hüquq münasibətlərinin tənzimlənməsi məqsədilə müntəzəm olaraq təhlil və araşdırmalar aparan Ombudsman təklif və tövsiyələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər edib.

Yeri gəlmişkən, miqrasiya prosesinin iştirakçıları, o cümlədən həssas qruplar da daxil olmaqla, əhalinin bütün təbəqələrindən olan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə ombudsmanın 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı mərkəzi fəaliyyətini intensiv olaraq davam etdirməkdədir.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Yerləşdirmə Mərkəzlərinə başçəkmələr həyata keçirir, bu müəssisələrdə müntəzəm monitorinqlər aparırlar. Orada saxlanılan şəxslərlə söhbətlər aparılır, sənədləri, habelə saxlanılma yerlərinin maddi-məişət və sanitar şəraiti yoxlanılır, müəssisə rəhbərliyi ilə işgüzar görüşlər keçirilir. Mövcud vəziyyət və ehtiyaclar nəzərə alınmaqla, hər bir saxlanılan şəxsə fərdi yanaşma tətbiq edilir, Ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir.

Bütün ombudsman institutları kimi, Azərbaycan ombudsmanı da yerli və beynəlxalq platformalarda miqrasiya sahəsində mövcud olan problemlərin, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinin müzakirə edilməsini ön plana çıxarıb. Belə ki, müharibə dövründə öz dədə-baba torpaqlarından qovularaq, bütün fundamental hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərimizin əziyyətli və keşməkeşli həyatı və problemləri barədə müvafiq beynəlxalq təşkilatlar bu problemin həllinə çağırılıb. Postmüharibə dövründə isə müharibə şəraitinə görə ölkə daxilində yerdəyişmə etməyə məcbur olan keçmiş məcburi köçkünlərimizin azad edilmiş torpaqlara qayıtmaq hüququna maneə yaradan və indiyədək həll edilməmiş olaraq qalan mina probleminə diqqət çəkilir.

Azərbaycan ombudsmanı bu sahədə miqrantlara, sığınacaq axtaranlara, vətəndaşlığı olmayan şəxslərə və qaçqınlara təsir edən məsələlər barədə onların hüquqlarının müdafiəsi məqsədilə araşdırma aparmaqla və tövsiyələr verməklə ümumi məlumatlılığı artırır. Ombudsman təsisatında miqrantların hüquqlarının müdafiəsi məsələləri üzrə ixtisaslaşmış müvafiq struktur bölmə də mövcuddur. Belə ki, bu sektor Ombudsmanın təşəbbüsü və mandatı çərçivəsində miqrantların yerləşdirildiyi müəssisələrə planlı və plandankənar başçəkmələr həyata keçirir. Bundan əlavə, Ombudsman araşdırmaların nəticələrini və tövsiyələrini ictimaiyyətə açıqlamaqla, onları regional və beynəlxalq insan hüquqları qurumları ilə bölüşməklə, eləcə də beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməklə miqrantların, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların və qaçqınların hüquqları ilə bağlı məsələlərə daha çox yer ayırır.

Ombudsman, eyni zamanda, miqrantlarla bağlı ictimai marağın və fəallığın artırılmasına, eləcə də insan yerdəyişməsinin mürəkkəbliklərinin balanslaşdırılmış şəkildə dərk edilməsinə daim diqqət yetirir. O, bu istiqamətdə təşəbbüslər və innovativ yanaşmalar irəli sürür.

Ombudsman qeyri-vətəndaşlar üçün miqrasiya qanunvericiliyinin tələbləri barədə aktual məlumatların əlçatan formada yerləşdirilməsi, xüsusən internet resursları vasitəsilə hüquq mədəniyyətinin artırılması istiqamətində sistemli iş aparmaqdadır. Müvəkkilin təşəbbüsü ilə müxtəlif dillərdə bir sıra hüquqi maarifləndirmə vəsaitləri hazırlanıb və dərc edilərək, müxtəlif qurumlara, eləcə də miqrantların yerləşdirildiyi müəssisələrə başçəkmələr zamanı onlara paylanıb.

Onu da qeyd edək ki, beynəlxalq ailə birliyi prinsipi rəhbər tutularaq, miqrasiya statusunun leqallaşdırılması istiqamətində müsbət təcrübə formalaşdırılıb.

Miqrasiya sahəsində çalışan şəxslərin insan hüquqlarının müxtəlif istiqamətləri üzrə biliklərinin artırılması, peşəkarlığının gücləndirilməsi, habelə onların potensialının və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə treninq-seminarlar uğurla davam etdirilir.

Qeyd edilən hədəflərə nail olunması üçün miqrasiya prosesinin bütün mərhələlərində hüquqların səmərəli həyata keçirilməsi və əlverişli şəraitin yaradılması məqsədilə dövlət qurumları ilə yanaşı, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, eləcə də media subyektləri ilə əməkdaşlıq davam etdirilir.

Hazırda Müvəkkillə Türkiyə, Rusiya, Pakistan, Bolqarıstan, Moldova, Ukrayna, Polşa və digər xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında əməkdaşlığa dair ümumilikdə 20-dən çox anlaşma memorandumu mövcuddur.

Bu sənədlər miqrasiya və sığınacaq prosesləri çərçivəsində insan hüquqlarının müdafiəsi, institusional dialoqun gücləndirilməsi, habelə məlumat və qabaqcıl təcrübə mübadiləsinin həyata keçirilməsini əhatə edir və həmin əməkdaşlıq mexanizmləri çərçivəsində institusional səviyyədə qarşılıqlı işgüzar səfərlər, görüşlər və təcrübə mübadiləsi davam etdirilməkdədir.

Qabaqcıl təcrübədən istifadə edilməklə, beynəlxalq təşkilatlar və onların ölkədəki nümayəndəlikləri, o cümlədən dövlət qurumları ilə tərəfdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir. Belə şəxslərin hüquqlarının təşviqi və təmin edilməsi, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə, vətəndaşsızlığın qarşısının alınması problemlərinin kompleks həlli üçün metodiki əsasların hazırlanması sahəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq genişləndirilir. Bu məqsədlə qaçqın və sığınacaq axtaran şəxslərin iştirakı ilə mütəmadi tədbirlər həyata keçirilir, onlara hüquq və vəzifələri barədə məlumat verilir, müvafiq məsələlərlə bağlı məsləhətlər verilir. Bununla yanaşı, həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif dillərdə tematik materiallar paylanılır.

Son illərin təcrübəsi aydın şəkildə göstərir ki, konkret hüquqi statusu olmayan şəxslər tibbi və digər sosial xidmətlərə çıxış əldə etməkdə, mülki hüquqi hərəkətlər edərkən, pensiya təyin edilərkən, məşğulluq və digər sahələrdə bəzən çətinliklərlə üzləşirlər.

Ombudsman Azərbaycan Respublikası ərazisinə giriş-çıxışla bağlı yaranan çətinliklərlə əlaqədar müvafiq diplomatik nümayəndəliklərlə əməkdaşlıq edərək xaricdə yaşayan soydaşlarımızın vətənə qayıtmalarına, habelə əcnəbilərin öz mənşə ölkələrinə qayıtmalarına dəfələrlə köməklik göstərib.

Qeyd olunmalıdır ki, miqrasiya proseslərində iştirak edən uşaqların da yaşayış şəraiti daim diqqətdə saxlanılır. Belə ki, valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanların təhsil və sağlamlığın qorunması kimi hüquqlarının həyata keçirilməsinə, habelə sosial-psixoloji vəziyyəti nəzərə alınmaqla onlara mümkün köməklik göstərilir. Yerlərdə onların yaşayış şəraiti yoxlanılır, ümumtəhsil məktəblərinin müəllimləri və rəhbərliyi ilə izah xarakterli söhbətlər aparılır, tövsiyələr verilir.

Miqrant uşaqların mənafelərinin təmin edilməsi, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, o cümlədən yetkinlik yaşına çatmayanların reabilitasiyası sisteminin inkişaf etdirilməsi məqsədilə respublikanın regionlarında tədbirlər davam etdirilir. Mütəxəssislərin (psixoloqlar və s.) də cəlb olunduğu bu fəaliyyətlə bağlı fərdi müdafiə planı formalaşdırılır, müsbət qərar qəbul edilənə qədər işin gedişinə nəzarət edilir.

Azərbaycan ombudsmanının operativ reaksiyası və prinsipial mövqeyi sayəsində bir çox hallarda uşaq-valideyn münasibətləri bərpa edilib, sosial təhlükəli vəziyyətdə olan miqrant ailələrə təxirəsalınmaz yardımlar göstərilib.

Həyata keçirilən tədbirlər nəticəsində miqrant uşaqların cəmiyyətə səmərəli inteqrasiyası, hüquqi statusunun leqallaşdırılması, iş təcrübəsini təsdiq edən arayışların, habelə müvafiq sənədlərin dublikatlarının verilməsi sahəsində əhəmiyyətli addımlar atılıb ki, bu da müsbət təcrübə formalaşmasında mühüm rol oynayıb.

Göstərilənlərlə yanaşı, ombudsman beynəlxalq hüququn milli qanunvericiliyə tətbiqində və bu sahədə işin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasında fəal iştirak edir, həmçinin beynəlxalq təşkilatların tövsiyələrinin həyata keçirilməsi üçün təşəbbüslərlə çıxış edir.

Ombudsman beynəlxalq hüquq normaları çərçivəsində qayıdış prosesinin tənzimlənməsi, inteqrasiya ilə bağlı strateji sənədin hazırlanması, təhsil, məşğulluq, miqrantlara sosial dəstək göstərilməsi, onlar üçün əlverişli şərait yaradılmasına dəstək göstərir. Bu istiqamətdə dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin əlaqələndirilməsinə dəstək verilir, qarşıya çıxan konkret vəziyyətlər təhlil edilərək işin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələr verilir.

Qaçqınların və məcburi köçkünlərin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının hərtərəfli təmin edilməsi, o cümlədən onlara hüquqi, psixoloji və digər yardımların göstərilməsi üçün tədbirlərin görülməsi, həmin şəxslərin statusunun leqallaşdırılması üçün əlavə şəraitin yaradılması, “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin icrasının qiymətləndirilməsi məqsədilə ombudsman tərəfindən məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Beləliklə, beynəlxalq insan hüquqları hüququnda öz ölkəsinə qayıtmaq hüququnun fundamental xarakter daşıması, eləcə də non-refoulement prinsipinin mütləq tətbiq dairəsi nəzərə alınaraq, miqrasiya kontekstində fərdlərin hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edir. Ombudsmanın bu sahədə ümumi mandatı çərçivəsində həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunmasına yönəlmiş fəaliyyətini həyata keçirir.

Ombudsman tərəfindən xarici ölkələrin ombudsman institutları, diplomatik nümayəndəliklər və müvafiq dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində miqrasiya qaydalarını pozmuş Azərbaycan vətəndaşlarının vətənə qayıdışının təmin olunması üçün zəruri hüquqi və institusional mexanizmlərin işə salınmasına təşəbbüs göstərilmiş, eyni zamanda fərdi humanitar hallarda əcnəbilərin mənşə ölkələrinə təhlükəsiz qayıdışına və ya müvəqqəti hüquqi statuslarının tənzimlənməsinə dəstək verilmişdir.

Bu kontekstdə, miqrantların və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsinin effektivliyinin artırılması üçün hüquqi, institusional və informasiya mexanizmlərinin gücləndirilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin dərinləşdirilməsi və vahid informasiya-hüquqi bazanın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Ombudsmanın bu sahədə təşəbbüskar, əlaqələndirici və preventiv rolu uzunmüddətli perspektivdə miqrasiya sahəsində insan hüquqlarının qorunmasının institusional təminatının möhkəmləndirilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir