Misirdə koronavirusdan ölənlərin sayı 135 nəfərə çatıb
Qahirə, 11 aprel, AZƏRTAC
Misirdə koronavirusdan ölənlərin sayı 135 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, son bir sutkada xəstəlikdən ölkə üçün rekord sayda - 17 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin hamısı Misir vətəndaşlarıdır.
X.Meqahed bildirilib ki, aprelin 10-da ölkədə koronavirusa 95 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1794 nəfərə çatıb.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 36 xəstə müalicə olunaraq evə buraxılıb. İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 384 koronavirus xəstəsi tam sağalıb. Misir hökuməti universitet xəstəxanalarında koronavirusa yoluxanlar üçün 2 min çarpayılıq palatalar hazırlanması barədə göstəriş verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]